Lotus şirkətinin elektrik hiperkarını hazırlamaq niyyətindədir. Yeni hiperkar britaniya markasının tarixində ən yeyin, ən bahalı və ekstremal model olacaqdır. Deyilənlərə görə, bu hiperkar Bugatti Chiron modelinin birbaşa rəqibi olacaqdır.

Lotus hiperkarının konseptual variant gələn il nümayiş etdiriləcəkdir. Avtomobilin yeriya variant isə 2020-ci ildə debüt etməlidir. “Autocar” dərgisinin iddiasına görə, yeni hiperkar zavoddaxili Omega kod adını alıbdır. Hiperkar çoxmühərrikli güc qurğusuna, tam çəkişə və növbəi nəsil batareyalara malik olacaqdır.

Bu batareyalar enerjinin qorunmasının yüksək sıxlığı ilə seçiləcəkdirlər. Project Omega hiperkarının gücü 1000 at qüvvəsinin üzərində olamalıdır. Avtomobil dolu batareyalar ilə 400 kilometr yürüş etməlidir. Yüksəksürətli enerji yükləməsinin dəstəklənməsi və mütərəqqi rekuperasiya sistemi trekdə yaxşı tempdə bir dövrə vurmağa imkan verəcəkdir.