Keçən ilin iyul ayında təqdim edilən Emira sportkarı son on ildə buraxılan ilk yeni Lotus avtomobili olub. Ancaq marka bununla kifayətlənməyib. Bu gün Lotus şirkəti RML Group ilə birlikdə hazırladığı Emira GT4 yarış avtomobilini nümyiş etdirib.

Avtomobilin Hetel trekində keçiriləcək tam ölçülü debütünün 2021-ci ilin sonunda baş tutacağı vəd olunur. Bununla birlikdə, təkmilləşdirilmiş kompozit kuzova və xüsusi aerodinamik dayağa malik olan Emira GT4 modelinin tam şəkildə dəyişmək ehtimalı çox azdır və böyük ehtimalla, nümayiş etdirilmiş formada istehsala gedəcəkdir.

Məlum məsələdir ki, Lotus Emira sportkarının trek versiyası adi avtomobillə müqayisədə bir qədər yüngüldür - Emira GT4 modelinin boş çəkisi 1260 kiloqramdır. Güman edirik ki, trek sportkarının avadanlıq siyasından adi Emira modelinin təchizatına daxil olan bəzi rahatlıq elemetləri yox çıxıb.

Bununla belə, sportkar FIA-nın tələblərinə uyğun olan təhlükəsizlik qəfəsinə, altınöqtəli kəmərləri olan yarış oturacaqlarına, yanğınsöndürənə və telemetriya sistemi olan Motec idarəetmə panelinə sahib olub.

Bundan başqa, trek avtomobilini Pirelli GT4 şinləri taxılmış 18-düymlük yarış diskləri, Öhlins amortizatorları olan təkmilləşdirilmiş asqı və gücləndirilmiş əyləclər (Alcon disklər və supportları + Bosch Motorsport ABS sistemi) ilə də təchiz ediblər.

Mercedes-Benz mühərriki ilə təchiz edilmiş mülki avtomobildən fərqli olaraq, trek versiyası yalnız Toyota şirkətinin 3,5-litrlik V6 mühərriki hərəkətə gəlir. Turbokompressorlu mühərrik 400 at qüvvəsi hasil edir və sükanaltı dəstəkləri olan 6-pilləli xTrac transmissiyası ilə tandemdə çalışır.

Lotus şirkəti Emira GT4 modelinin qiyməti açıqlamasa da, 2022-ci ildə məhdud sayda trek sportkarını istehsal edəcəyini, 2023-cü ildə isə tələbatı ödəmək üçün əlavə nüsxələri buraxacağını bildirib.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.