Lotus şirkətinin Böyük Britaniyanın Norfolk qraflığının Hetel şəhərində inşa edilmiş müəssisəsi yeni Evija elektrik hiperkarının ilk prototiplərini yığmağa hazırdır.

Elektrik güc qurğusu ilə hərəkətə gələn ilk Lotus modelinin istehsal üçün hər şey hazırdır. 2000 at qüvvəsində gücə malik olan hiperkarın istehsalına yayda start veriləcəkdir. Lakin, Heteldəki yeni müəssisə elektromobilin seriyaöncəsi nüsxələrinin yığılmasına başlamağı planlaşdırır. Yeni müəssisə markanın Heteldəki mənzil-qərargahının ərazisində, şirkətin sınaq trekinin yanında inşa edilib. Zavodun inşasına iyirmi ixtisaslaşmış podratçı şirkət və əllidən çox mütəxəssis cəlb edilmişdi.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Lotus şirkəti bu meydançada Evija modelinin planlaşdırılmış 130 nüsxəsini buraxacaqdır. Xatırladaq ki, modelin bütün tirajı artıq satılıbdır. Marka rəhbəri Fil Pophem, yeni zavodun dünyanın ən müasir və yüksək texnologiyalı zavodlarından biri olduğunu söyləyib.

Lotus Evija hiperkarı 100 km/saat həddinə üç saniyədən az müddətə sürətlənir və 340 km/saatlıq maksimal sürətə malikdir. Dolu batareya ilə hiperkar 400 km (WLTP) məsafə qət edə bilər.