Lotus şirkəti 2000 at qüvvəli Evija hiperkarının istehsalını təxirə saldığını bildirib. Gecikmə pandemiya zamanı tətbiq edilən məhdudiyyətlər ilə əlaqədardır: mühəndislər elektromobilin prototiplərini müxtəlif iqlim şəraitində sınaqdan keçirməyə imkan tapmayıblar. Lotus şirkətinin baş direktorunun sözlərinə görə, istehsal qarfiki ən azı beş ay irəli çəkiləcəkdir.

İlk Lotus Evija hiperkarları sifarişçilərə 2020-ci ilin sonlarında çatdırılmalı idi, ancaq markanın rəhbəri Fil Popəm “Autocar” dərgisinə elektromobilin "əmtəə" nüsxələrini 2021-ci ilin mayından tez gözləməyin mənasız olduğunu bildirib. Top menecer, sərhədlərin bağlanması səbəbindən hiperkarın lazımi sınaqlarından keçmədiyini və qrafik üzrə gecikmənin ən azı beş ay olduğunu qeyd edib.

Image alt Image alt Image alt Image alt Image alt

Popəm,  gecikməni Evija modelinin yaxşılaşdırılmış aerodinamik xüsusiyyətləri və artmış gücü ilə əvəzlənəcəyini bildirib: dördmühərrikli güc qurğusu 2000 at qüvvəsinə deyil, 2028 at qüvvəsinə malik olacaqdır. Bununla birlikdə, yenilənmə avtomobilin əsas xüsusiyyətlərinə elə də ciddi təsir göstərməyəcəkdir, çünki Lotus hiperkarın sıfırdan 100 km/saata üç saniyədən az müddətdə sürətlənəcəyini, 320 km/saat həddindən artıq maksimal sürətə və 400 kilometrə qədər yürüş ehtiyatına malik olacağını vəd edib.

Lotus Evija modelinin tirajı dəyişməz qalacaqdır: elektrik hiperkarı 130 nüsxədən ibarət olan seriya ilə istehsal ediləcəkdir. Avtomobilin başlanğıc qiyməti rəsmi olaraq açıqlanmasa da, ilkin məlumatlara görə, onun qiyməti 1,5 ilə 2,0 milyon funt sterlinq arasında dəyişəcəkdir. Evija hiperkarı Britaniya markasının Geely konserninin qanadı altına keçdikdən sonra hazırladığı ilk Lotus avtomobili və son 11 ildə debüt edən prisnipcə ilk yeni modelidir.