Lotus şirkəti Evora sportkarının yeni modifikasiyasını hazırlayıb. GT410 Sport adını almış avtomobil böyük 430 modelinin aerodinamik elementlərinə sahib olub. Yeni modifikasiya istehsalçının model xəttində iki bundan əvvəl təqdim olunan adi 410 modelini əvəz edəcəkdir.

Evora modelinin karbondan hazırlanmış yeni aerodinamik elementlərinin tərkibinə ön splitter və arxa diffuzor daxildir. Yeni aerodinamika maksimal sürətdə 96 kiloqram yerəbasma gücü yaradır ki, bu da Evora Sport 410 modelində olduğundan 50% çoxdur. Sportkarın quru çəkisi 1279 kiloqram təşkil edir. Titandan hazırlanmış opsional buraxılış sisteminin və tənzimlənən Öhlins TTX amortizatorlarının sıfariş edilməsi halında sportkarın çəkisi 1256 kiloqrama qədər azalır. Bu adi Evora modelində olduğundan 28 kiloqram azdır.

Sportkar 416 at qüvvəsi və 420 Nm fırlanma anı hasil edən 3,5-litrlik mexaniki kompressorlu altı silindrli mühərrik ilə hərəkətə gəlir. 

Güc aqreqatı altı pilləli mexaniki və ya avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır. Mexaniki qutulu avtomobil yüksək sürtünməli Torsen differensialı ilə də təklif edilir. Yerindən 60 mil/saat (96 km/saat) həddinə sportkar 3,9 saniyəyə sürətlənir. Onun maksimal sürəti 305 km/saatdır. Sportkar həmçinin dörd tənzimləməsi olanstabilizasiya sistemi, öndə 19, arxada isə 20-düymlük təkər diskləri, dörd porşenli AP Racing əyləc mexanizmləri ilə də təchiz edilir.

Sportkarın Avropadakı satışlarına artıq başlanıbdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt