Lotus şirkəti Exige modelinin 20 illik yubileyi şərəfinə Exige Sport 410 sportkarının 20th Anniversary adlı xüsusi versiyasını təqdim edib. Yubiley sportkarı ad kupedən standart avadanlıq dəsti, mövcud kuzov rəngləri və 2000-ci ilin ilk Exige modelinin siluetini təsvir edilən loqotipləri fərqlənir.

Vizual olaraq, 2020-ci ilin Lotus Exige Sport 410 20th Anniversary modeli yeni minilliyin başlanğıcında buraxılmış Exige Series 1sportkarını xatırlatmalıdır. Buna görə də, dam, yan hava girişləri və arxa qanadlar kuzov rənginə boyanmışdır.

Orijinal avtomobildən ilham alınaraq yaradılan üç xüsusi çalar təklif edilir - narıncı Chrome Orange, mavi Lazer Blue və qırmızı Calypso Red. Bundan başqa, sarı Saffron Yellow, qara Motorsport Black və gümüş Arctic Silver rəngləri də əlçatandır. Yubiley avtomobilinin digər bir xüsusiyyəti, ön qanadda orijinal Exige modelinin silueti olan qara 20th Anniversary yubiley loqotipidir.

Yubiley Lotus Exige Sport 410 sportkarının standart təchizatına tənzimlənən sıxılma və qaytarma səviyyəsinə malik olan Nitron amortizatorları, karbon hazırlanmış xarici panellər və aerodinamik komponentlər, yüngül döymə təkər diskləri, titandan hazırlanmış səsboğucu sistem, yarış akkumulyatoru, alkantara ilə üzlənmiş sükan, kruiz-kontrol və Bluetooth sistemi olan radio daxil edilib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Lotus Exige Sport 410 20th Anniversary modelinin Böyük Britaniyadakı satış qiyməti 79.900 funt sterlinqdən başlayır. Bu adi Exige 410 Sport modelində olduğundan 5.412 funt sterlinq çoxdur. Modelin bəzi bazarlardakı satışlarına ilin sonuna qədər başlayacaqdır.

Lotus Exige Sport 410 modeli ekstremal Exige Cup 430 sportkarının komponentlərindən istifadə etməklə yaradılmışıdr. Sportkar mexaniki kompressoru olan 3,5-litrlik V6 mühərriki və altı pilləli mexaniki ötürmələr qutusu ilə təchiz edilir. Mühərrikin hasilatı 416 at qüvvəsi və 420 Nm fırlanma anı təşkil edir.

İdman avtomobili 100 km/saat həddinə 3,3 saniyəyə sürətlənir. Lotus Exige 410 Sport modelinin maksimal sürəti 290 km/saatdır.