Lotus şirkəti yeni idman avtomobilinin tizerini dərc edərək, yaxın zamanlarda Elise, Exige və Evora modellərinin buraxılaşına son veriləcəyini təsdiqləyib. Adı çəkilən sportkarların istehsalı bu il dayandırılmalıdır.

Müasir Lotus sportkarları uzunömürlü modellərdir. Qeyd etmək gərəkdir ki, Elise modeli 1995-ci, Exige - 2000-ci, Evora isə 2008-ci ildə debüt ediblər. Buna baxmayaraq, bu modellərin eyni vaxtda təqaüdə göndəriləcəkdirlər: bu üçlüyün istehsalına bu il, tamamilə yeni Lotus Type 131 modelinin buraxılışının başlaması ilə son veriləcəkdir. Bu məqsədlər üçün, Geely konserninə məxsus olan şirkət 250 nəfəri işə götürəcəkdir. Xatırladaq ki, Lotus şirkəti sonuncu dəfə, 2017-ci ilin sentyabr ayında 670 nəfəri işə götürmüşdü.

Tizerdən göründüyü kimi, Type 131 modeli üç fərqli versiyaya sahib ola bilər. Qeyri-rəsmi məlumatlara görə, hər üç versiya V6 mühərrikinin bazasında yaradılmış və  gücü 500 at qüvvəsi olan hibrid güc qurğusu ilə hərəkətə gələcəkdir. Bundan başqa,yeni sportkar yalnız iki nəfərlik salona və indiki modellərlə müqayisədə daha iri baqaj bölməsinə malik olacaqdır. Zahiri cəhətdən, Lotus Type 131 sportkarı Evija elektrik hiperkarına bənzəyəcəkdir. Ən əsası isə, yeni sportkar daxili yanma mühərrikləri dövrünün sona çatdığını bildirəcəkdir – bundan sonra  bütün Lotus modelləri elektrik ötürməsi ilə hərəkətə gələcəkdirlər.

Yeni idman avtomobilləri ailəsinin buraxılması Vision80 strateji planının tərkib hissəsidir. Yeni strategiya,  Hetel şəhərindəki zavodun yenilənməsini, işçi heyətinin genişləndirilməsini və 100 milyon funt sterlinq sərmayə qoyulmasını nəzərdə tutur. Əlavə olaraq, Lotus yeni bazar seqmentlərinə daxil olamağı planlaşdırır – çox güman ki, belə seqmentlərdən biri də SUV seqmenti olacaqdır. Üstəlik, britaniyalılar modellərini daha texnoloji etmək niyyətindədirlər. Geely konserninin köməyi ilə istehsalçı elektrik ötürməsinə keçəcək və qabaqcıl sürücüyə yardım sistemlərini tətbiq edəcəklər.