Çin avtomobil istehsalçısı olan Geely şirkətinə məxsus olan Lynk & Co markası özünün ilk modeli - 01 krossoverini təqdim etmişdir. "Autocar" dərgisinin verdiyi məlumata əsasən, yeni krossover, gələcəkdə Volvo XC40 modelinin əsasını təşkil edəcək modul platformasında yığılmışdır.

Bununla belə, yeni model haqqında heç bir texniki məlumat verilməmişdir. "Autocar" nümayəndələri avtomobilin Volvo şirkətinin istehsalı olan 2,0-litrlik dörd silindirli və 1,5-litrlik üç silindirli turbomühərriklər ilə təchiz olunduğunu ehtimal edirlər. Bundan əlavə, Lynk & Co 01 modelinin məişət elektrik şəbəkəsindən qidalanan hibrid güc aqreqatı ilə hərəkətə gələcək modifikasiyasının da olacağı istisna edilmir.  

İsveç mütəxəssislərinin işlədiyib-hazırladığı krossoverin qabarit uzunluğu 4530 millimetr, eni - 1855 millimetr, hündürlüyü isə 1654 millimetrdir. Lynk & Co 01 modelinin təkər bazasının uzunluğu 2730 millimetrə bərabərdir. Beləliklə, yeni krossover Volvo XC60 modelindən 114 millimetr qısa, 31 millimetr ensiz və 59 millimetr alçaqdır. Oxlar arasındakı məsafə isə XC60 modelində olduğundan 44 millimetr gödəkdir.

İstehsalçı avtomobilin hər zaman internetə və bulud xidmətlərinə birləşmiş olan multimedia sistemi ilə təchiz edildiyini bildirmişdir. Bundan başqa avtomobil, onun əyləncə kompleksi üçün müxtəlif proqramlar yaratmağa imkan verən əlavələrin proqramlaşdırması açıq interfeysinə malikdir. Eyni zamanda Lynk & Co 01 modeli mərkəzi kilidin açılması və mühərrikin işə salınması üçün gərək olan rəqəmsal açarlarla mübadilə imkanını da əldə edəcəkdir. Bu xidmət avtomobilin sahibinin yaxınlarına ondan istifadənin sərbəst olması barədə məlumat verəcəkdir.

Bundan əlavə, krossoverin sahibi onun avtomobilindən digər insanlar tərəfindən istifadə saatlarını da təyin edə biləcəkdir.

Lynk &Co 01 modelinin satışlarına gələn il başlanacaqdır. İlkin olaraq avtomobil Çin bazarında, sorna isə ABŞ və Avropada təklif ediləcəkdir. Çin istehsalçısı 01 modelinin Avropada kütləvi şəkildə satılacağından əmin olduğunu bildirmişdir. Lakin, Geely şirkəti bir modellə kifayətlənmək niyyətində deyildir. 01 modelinin ardınca 02 və 03 modelləri işıq üzü görməlidir. Bu avtomobillər tərkibinə elektromotorlar daxil olacaq güc aqreqatları ilə təchiz ediləcəkdirlər. Volvo şirkətinin sahibi olan Gelly şirkətinin  "ağıllı" modellər istehsal edəcək yeni avtomobil brendinin təsis etməsi barədə bu ayın əvvəlində məlumat verilmişdi. Əvvəllər Lynk & Co brendinin "0" səviyyəli zərərli tullantıları olan avtomobilləri istehsal edəcəyi ehtimal olunurdu. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt