Lynk&Co şirkəti 03 sedanını təqdim etdikdən sonra yeni sedanın yarış variantını təqdim edib. WTCR çempionatının texniki reqlamentinə uyğun olaraq hazırlanmış avtomobilin üzərində Geely Motorsport və Cyan Racing komandası işləyib. Cyan Racing komandası Volvo markası ilə əməkdaşlıq edib və 2019-cu ildə Lynk&Co komandasının tərəfdaşı olacaqdır.

Mülki prototip

Yeni yarış avtomobili Yaponiyadakı Fuji Raceway avtodromunda keçirilmiş tədbirdə təqdim edilib. Lynk&Co 03 Cyan gələn il WTCR çempionatında Audi, Alfa Romeo, Honda, Hyundai, Peugeot, Seat və Volkswagen avtomobilləri ilə yarışacaqdır.

Tərəfdaşlar eyni zamanda yarış avtomobilinin bazasında hazırlanmış mülki avtomobilin prototipini təqdim ediblər. Avtomobil haqqında məlum olan yeganə şey onun 500 at gücünə malik olmasıdır. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt