Geely şirkətinə məxsus olan Lynk&Co markası “02” adlı yeni yığcam krossoverini təqdim edib. Volvo aqreqatlarında inşa edilmiş krossover abunə yolu ilə avropa bazarında satılacaqdır.

Yeni krossoverin qabarit uzunluğu 4448 millimetr, eni – 1890 millimetr, hündürlüyü – 1528 millimetr, təkər bazasının uzunluğu isə 2702 millimetr təşkil edir. Krossover Volvo XC40 modelinin inşa edildiyi CMA modul platformasında yaradılıbdır.

Hər iki avtomobilin təkər bazasının eyni olması buna işarə edir. Bununla belə, isveç krossoveri çinli qardaşından 25 millimetr qısa, 27 millimetr ensiz və 124 millimetr hündürdür.

Çin krossoveri standart olaraq 156 at qüvvəli 1,5-litrlik turbomühərrik, mexaniki ötürmələr qutusu və öndən çəkiş ilə təchiz ediləcəkdir.

Krossoverin daha bahalı modifikasiyası 179 at qüvvəli mühərrik və yeddi pilləli robotlaşdırılmış transmissiya ilə təklif ediləcəkdir. Lynk&Co 02 modelinin top variantı 190 at qüvvəli mühərrik və tam çəkiş sisteminə malik olacaqdır.

Bir müddət sonra krossoverin mühərrik çeşidinə 250 at qüvvəli hibrid güc qurğusu da daxil ediləcəkdir. Bu qurğunun tərkibinə 180 at qüvvəli 1,5-litrlik turbomühərrik, elektromotor və batareyalar dəsti daxildir.

Artıq məlumat verildiyi kimi, Lynk&Co modellərinin istehsalı Volvo şirkətinin Belçikadakı zavodunda təşkil ediləcəkdir. Modellərin buraxılışına 2019-cu ildə başlanmalıdır. Çin markasının ilk diler mərkəzi Amsterdamda açılacaqdır. Sonradan diler mərkəzləri Barselona, Berlin, Brüssel və Londonda açılacaqdır.

Hazırda çin markasının model xəttində 01 modeli mövcuddur. 02 modelindən iri olan krossover keçən ilin payızından Çində satılır. Bir müddət sonra 03 sedanı və 04 hetçbeki işıq üzü görməlidir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt