Bu həftəsonu Formula 1 fanatlarının diqqəti Sinqapura yönəlibdir. Hər kəs səbirsizliklə burada keçiriləcək yarışı gözləyir. Dünən isə, Marina Bay’da bu günki yarışın start düzülüşünü müəyyən edən təsnifat mərhələsi keçirilib.

Qeyd etmək lazımdır ki, şənbə günü keçirilmiş üçüncü sərbəst yürüşlərdə Ferrari pilotları üstünlüyə malik olublar. «Qırmızıların» azarkeşləri də təsnifat mərhələsində Sebastyan və Kiminin üstün olacağını gözləyirdilər. Lakin, Lyuis Həmilton yenidən tifozilərin kefinə soğan doğrayıb. Sıralama sessiyasının üçüncü mərhələsində ilk cəhdində möhtəşəm nəticə göstərmiş britaniyalının zamanını yaxşılaşdıran olmayıb. Bu poul Lyuisin karyerasında əldə etdiyi 79-cu, Sinqapurda dördüncü bu mövsümdə isə yeddinci poulu olub.

Bu da azmış kimi, Sebastyan Fettel Maks Ferstappeni də irəli buraxıb. Bu gün Maks Ferstappen yarışı Lyuis Həmiltonla bilrlikdə ilk sıradan başlayacaqdır. Dördüncü bə beşinci yerlərdə Finlyandiya təmsilçiləri Valtteri Bottas və Kimi Rəykkonen qərarlaşıblar.

Red Bull Racinq komandasının ikinci pilotu Dəniel Rikkardo altıncı olub. İlk onluğu Serxio Peres, Romen Qrojan, Esteban Okon və Niko Hülkenberq tamamlayıblar.