Alman Manhart Performance atelyesi BMW X7 krossoverinin yolsuzluq versiyasını təqdim edib. Bu, artırılmış klirensi və tutqun örtüklə üzlənmiş kuzovu olan MHX7 650 Dirt Edition² modelidir.

Manhart mütəxəssisləri layihəsinin əsası olaraq BMW X7 M50i modelini götürüblər. Avtomobilə hərbi qərargah avtomobilinin görünüşünü verməyə çalışıblar, buna görə də onun kuzovunu həcmli pərçimlərin təqlidi olan tutqun qara örtüklə üzləyiblər. Bundan başqa, mütəxəssislər klirensi 40 millimetr artıraraq standart pnevoasqıları yenidən tənzimləyib və 305/50 R20 ölçülü Maxxis Bighorn MT-76 şinləri taxılmış iri 20-düymlük Black Rhino disklərini quraşdırıblar.

Mühərrik də diqqətdən kənar qalmayıb. Xüsusi MHtronik Powerbox bloku və yanacaq xəritələrinin yenilənməsi sayəsində 4.4-litrlik V8 biturbo mühərrikinin gücü 530-dan 650 at qüvvəsinə, fırlanma anı isə ndan 750-dən 920 Nm-ə qədər artırılıb. Standart buraxılış sistemini, aktiv qapaqları olan paslanmayan poladdan hazırlanmış magistral əvəzləyib. Magistrala idman daunpaypı və 300 hüceyrəli katalizatoru, və yaxud Almaniyada normal yollarda istifadəsinə icazə verilməyən filtrsiz Race variantını birləşdirmək olar.

Manhart nümayəndələri MHX7 650 Dirt Edition² modelinin asanlıqla qayalıqda və ya palçıqda hərəkət edə biləcəyini söyləyirlər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Lakin, bu atelyenin ilk belə layihəsi deyil - 2017-ci ildə almanlar BMW X6 M krossoverini eyni üsulla dəyişdirərək MHX6 Dirt² adlandırmışdılar. Həmin avtomobil şnorkel, asqının qaldırılması dəsti ilə təchiz edilmişdi və hətta onu 395 min avroya satmağa hazırlaşırdılar.