Mansory tüninq atelyesi Mercedes-Benz G-Class ofroderi üçün nəzərdə tutulmuş yeni təkmilləşdirmələr proqramını təqdim etmişdir. Belə ki, ofroder yeni kuzov dəsti əldə etmiş və 840 at qüvvəli mühərrikə sahib olmuşdur.

Ofroderin enini 40 millimetr artıran yeni aerodinamik kuzov dəsti karbondan hazırlanmışdır və istənilən G-Class avtomobilinə uyğundur. Yeni dəstin dəyəri 19 min avro təşkil edir. Əlavə ödəniş etməklə karbondan hazırlanmış kapotu, güzgü gövdələrini, qapı dəstəklərini və ön dirəklərə əlavələri sifariş vermək olar.

Eyni zamanda, radiusu 21 -23 düym arasında dəyişən təkər disklərini də seçmək olar. Son halda avtomobil 305/35 ölçülü təkərlərlə təchiz edilir. Ofroderin interyeri müştərinin fərdi istəklərinə görə tərtib edilə bilər. Salonun tərtibatında yüksək kefiyyətli dərindən, alkantaradan və karbondan istifadə olunur.

Mansory mütəxəssisləri “bərkgedən” Mercedes-AMG G63 modelinin mühərriki üçün xüsusi  təkmilləşdirilmələr kompleksini hazırlamışdırlar. Görülmüş işlər nəticəsində mühərrikin gücü 269 at qüvvəsi artırılaraq 840 at qüvvəsinə çatdırılmışdır. Mühərrikin maksimal fırlanma anı da 390 Nm artırılaraq 1150 Nm-ə çatdırılmışdır. Bu rəqəm daha yüksək də ola bilər, lakin, texniki səbəblərdən fırlanma anı bu həddə elektronika tərəfindən məhdudlaşdırılmışdır. Təkmilləşdirilmiş ofroderin dinamik xüsusiyyətləri dəqiqləşdirilməmişdir. Standart G63 ofroderi 100 km/saat həddini 5,4 saniyəyə toplayər və 210 km/saat maksimal sürətə malikdir.

Image alt Image alt Image alt Image alt Image alt