Mark Markes Valensiyada finiş xəttini birinci keçərək, 2019-cu ilin mövsümünü qələbə ilə başa vurub. Bu altıqat dünya çempionunun bu mövsümdə əldə etdiyi 12-ci qələbədir. Qələbə uğrunda mübarizədə Markes Fabio Kuartararonu haqlayaraq, keçməyə müvəffəq olub.

Mark Markes startda üçüncülükdən beşinciliyə geriləsədə, sonradan iki mövqe qazanaraq Fabio Kuartararonu və Cek Milleri təqib etməyə başlayıb. Avstraliyalını keçməyə ispan pilota bir neçə dəqiqə gərək olub.  Bundan sonra o, Kuartararonu haqlamağa qaçılıb. Artıq beşinci dövrədə Markes liderə yaxənlaşıb, yeddinci dövrədə hücuma keçərək fransız pilotu geridə qoyub.

Ötmədən sonra Markes inamlı şəkildə qələbə çalıb. Bu qələbə sayəsində Markes xalların sayını rekord 420-yə çatdırıb. Markesin qələbəsi və Danilo Petruççinin yıxılması komandalar birinciliyinin taleyini də həll edib.Ducati komandasından iki xal geridə qalan Honda Repsol da komandlalr birinciliyinin qalibi olub.

Yarışın ən həyacanverici hadisələrindən biri İker Lekuona və Joan Zarkonun iştirakı ilə yaşanıb. Bayk üzərində nəzarəti itirən hər iki pilot bir-birindən asılı olmayaraq yıxılıblar. Lakin, İkerin baykı təhlükəsizlik zonasında öz qəzasından sonra ayağa qalxmış Zarkonu vurub. Fransız pilot trassın tibb məntəqəsində aparılıb. Valensiyadakı yarış üçqat dünya çempionu Xorxe Lorenso üçün sonuncu olub. İspan veteran 13-cü yerdə finiş görüb.