Maserati şirkətinin ilk qoşulan hibridi keçən yay debüt etmiş Ghibli sedanı olub.İndi isə Şanxayda keçirilən avtosalonda italyanlar bənzər qurğu ilə təchiz edilmiş Maserati Levante krossoverini nümayiş etdiriblər. Hibrid krossoverin Çində təqdim olunmasına baxmayaraq, onun ilk bazarı Avropa olacaqdır – artıq Köhnə Dünyada hibrid modelə sifarişlər qəbul edilir. Levante Hybrid modeli hələ də satışda olan, lakin tezliklə model çeşidindən çıxarılacaq dizel versiyalarına alternativ kimi mövqeləndirilir.

Levante Hybrid krossoverinin güc aqreqatı Ghibli sedanı ilə eynidır və olduqca sadə elektrik hissəyə malikdir. Kapotun altında Alfa Romeo Giulia və Stelvio modellərindən tanış olan, lakin Maserati markasının ehtiyacları üçün təkmilləşdirilmiş 2.0-litrlik dördsilindrli benzin turbomühərriki yerləşir. Elektrik əlavə 48 voltluq elektrik şəbəkəsindən qidalanan eBooster elektrik üfürməsi və kəmərli ötürməyə malik olan startyor-generatorundan ibarətdir. Güc aqreqatının ümumi hasilatı 330 at qüvvəsi və 450 Nm fırlanma anıdır.

Transmissiya Levante modeli üçün standart olan səkkiz pilləli “avtomatdır”, lakin hibrid sedan arxa ötürməlidirsə, krossoveri özükilidlənən arxa differensialı olan tam ötürmə sisteminə malikdir. Çəkinin daha yaxşı paylanmasını təmin etmək üçün yığcam litium-ion batareyası arxada quraşdırılır. Lakin bu, baqaj bömünün həcminə (580 litr) təsir etməyib.

Dördsilindrli hibrid 3.0-litrlik V6 dizel mühərrikli (275 at qüvvəsi və 600 Nm) təchiz edilən versiyalardan xeyli yüngüldür: 2205 kiloqrama qarşı 2090 kiloqram. Hibrid krossover dinamikada da üstündür: onun 100 km/saat həddinə sürətlənməsi 6.0 saniyə (- 0,9 saniyə)  çəkir, maksimal sürəti isə 240 km/saatın ( + 10 km/saat) “üzərindədir”. Pasport üzrə yanacaq sərfiyyatı dərc olunmayıb. Bundan başqa, səsi V6 mühərrikinin səsinə yaxın olan xüsusi buraxılış sistemi vəd olunur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Vizual olaraq hibrid krossover adi modeldən yalnız mavi dekoru ilə fərqlənir. Təəssüf ki, Maserati Levante krossoveri altıncı ilinə başlamasına baxmayaraq, hələ də tam ölçülü yenilənmədən (2020-ci ildəki kiçik modernləşdirmə istisna olmaqla) keçməyib.