Ortamühərrikli Maserati MC20 superkarının təqdimatı sentyabr ayının 9-da baş tutmalıdır. Bu gün İtalyan markası yeni tizeri dərc edərək, bu tarixi xatırlatmaq qərarına gəlib. Düzdür, altı saniyəlik çarxdan yeni heç nə öyrənmək olmaz – videoçarxda sadəcə superkarın kuzovunun hamar xəttləri nümayiş etdirilir.