Düz bir aydan sonra Cenevrədə 89-cu beynəlxalq avtomobil sərgisi fəaliyyətə başlamalıdır. Bu bir ay müddətində avtomobil istehsalçısları tizer yarışlarını intensivləşdirəcəkdirlər. Məsələn, bu gün Mazda şirkəti yeni bir tizer dərc edərək, Cenevrədə yeni krossover təqdim edəcəyini bəyan edib.

İstehsalçı yeni premyeranın Mazda3 ailəsi ilə eyni üslubda dizayna malik olan yığcam krossoverin olduğunu qeyd edib. Krossoverin mühərrik çeşidinə Skyactiv ailəsindən olan atmosfer mühərrikləri və ən yeni 2,0-litrlik Skyactiv-X aqreqatının daxil olacağını bildirib. Sonuncu aqreqat kompressor və SPCCI (Spark Plug Controlled Compression Ingition) texnlogiyasına malikdir.

Məntiqi olaraq, yeni modelin Mazda CX-3 modelinin yeni nəslinin olduğunu düşünmək olar. Digər tərəfdən CX-3 keçən il yenilənib. Üstəlik, istehsalçının nümayiş siyahısında CX-3 modeli  mövcuddur. Adətən yeni model ilə köhnəsinin bir yerdə nümayiş etdirilmir və bu səbəbdən də biz, yeni modelin kupeşəkilli Mazda CX-4 modelinin avropa bazarı üçün hazırlanmış variantının olacağını ehtimal edirik.