Əgər bu MazdaCX-30 krossoverinin mürəkkəb yolsuzluq üçün hazırlandığını güman edirsinizsə, heç də belə deyil. Mazda şirkəti sadəcə CX-30 krossoverini elektromobilə çevirmək üçün belə bir addım atıb.

Məsələ ondadır ki, Mazda model xəttində bənzər MX-30 EV elektrik krossoveri mövcuddur. Elektrik krossoveri artıq Yaponiya və Avropada satılır, növbədə isə Şimali Amerika var. Ancaq Çində belə avtomobil təklif edilməyəcəkdir, çünki 35.5 kilovat-saatlıq dartma batareyası və 200 kilometrlik (WLTP dövrünə görə) yürüş məsafəsilə yerli alıcılar cəlb etmək mümkün deyil. Bu səbəbdən belə absurd Mazda CX-30 EV krossoveri yerli bazar üçün hazırlanıb.

Məhz  daha böyük tutumlu batareyanın quraşdırılması, mühəndisləri avtomobilin kuzovunu “qaldırmağa” məcbur edib. Nəticədə kandar və təkər tağlarında əlavə “qatlar” peyda olub. Təəssüf ki, Mazda avtomobilin xüsusiyyətlərini açıqlamayıb, çünki CX-30 EV modeli bu ilin sonuna kimi satışa çıxarılacaqdır. Mazda CX-30 EV modelinin istehsalı Changan Mazda birgə müəssisəsinə həvalə edilib.