Kiçik seriya ilə buraxılan McLaren Elva superkarı 2019-cu ildə nümayiş etdirilib. İlkin olaraq, bu superkar ümumiyyətlə şüşələrə malik deyildi. Elva modelinin baza versiyası AAMS (Active Air Managment System) hava kanalları sistemi ilə təchiz olunurdu. Bu kanallar hava axınını kokpitin üzərindən yönəldərək sürücü və sərnişinin baş nahiyəsində boşluq yaradırlar. O zaman alın şüşəsini sifariş etmək imkanının olacağı da bildirilmişdi və belə bir versiya yalnız indi hazırlanıb.

Şüşə karbondan hazırlanmış çərçivədə quraşdırılır və elektriklə qızdırılır. Dəstin tərkibinə iki şüşəsilən, yuyucusu və günəşliklər də daxildir. Bundan başqa, ön tərəfdə quraşdırılmış barmaqlığını (havanın AAMS sisteminə daxil olduğu) itirmiş yeni yönləndirici peyda olub. Belə McLaren Elva superkarı bütün aerodinamik testlərdən keçib.

Əvvəlki kimi, Elva modeli dam və yan şüşələrdən məhrumdur. Yeni dəst avtomobilin çəkisinə təxminən 20 kiloramq əlavə edib. Buna baxmayaraq, superkarın quru çəkisi 1300 kiloqramı keçməyib. Bu, avtomobilin dinamik xüsusiyyətlərinə təsir göstərməyib: 815 at qüvvəli 4,0-litrlik V8 biturbo mühərriki superkarı 100 km/saata 2,8 saniyəyə, 200 km/saata isə 6,8 saniyəyə sürətləndirir.

Ön şüşəli versiya yalnız həssas müştərilər üçün deyil, həm də bəzi ölkələrdə və bölgələrdə McLaren Elva modelini leqallaşdırmaq üçün hazırlanıb. Məsələn, ABŞ-ın bəzi ştatlarında avtomobillərdə alın şüşəsinin olması məcburidir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

İlkin olaraq, McLaren Elva spayderinin 399 nüsxəlik tirajla istehsal ediləcəyi bildirmişdi. Lakin sonradan istehsal həcmi əvvəlcə 249 ədədə (guya ilk alıcılar avtomobili daha eksklyuziv edilməsini istəmişdilər), sonra isə 149 ədədə endirildi. Alın şüşəsi olan versiyaların sayı dəqiqləşdirilməyib. Spayderin qiyməti 1,4 milyon funt sterlinqdən başlayır. Avtomobilin müştərilərə çatdırılmasına artıq başlamışdır, lakin alın şüşəsi olan Elva modelləri ilin sonunda peyda olacaqlar.