Bu gün Racing Point komandasının ardınca McLaren komandası da öz avtomobilini nümayiş etdirib. MCL34 indeksini almış avtomobil komandanın Uokinqdəki bazasında təqdim edilib. Təqdimatda komandanın yeni pilotları Karlos Sayns və Lando Norris də iştirak ediblər. McLaren MCL34 narıncı və mavi rəngdə livreyaya malikdir.

Pilotların kombinezonun rəngi isə isə tamamilə dəyişib. Keçən il pilotlar əsasən ağ rəngdə forma geyinirdilər. Yeni mövsümdə formaların rəngi avtomobilin livreyası ilə ahəng təşkil edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt