McLaren adı hələ açıqlanmayan yeni superhibrid tizerini dərc edib. Sport Series xəttinin tərkib hissəsi və McLaren 720S modelinin varisi olacaq superkar üçün PLT-MCTC-01 adlandırılmış karbon monokoku hazırlanıb.

Mühəndislərin qarşısında duran əsas vəzifə ən yüngül, eyni zamanda ən sərt konstruksiyanı yaratmaq olub. Monokok hər bir karbon plitəsi, optimal formanı modelləşdirən xüsusi proqramdan istifadə edilərək yaradılıb. Yeni arxitektura 2009-cu ildə debüt edən Monocell monokokunu əvəz edəcəkdir.

McLaren şirkətinin baş direktoru Mayk Flyuittin sözlərinə görə, istehsalçı daxili yanma mühərriki olan avtomobildən ağır olmayan hibrid modeli yaratmağı hədəfləyir. Hələlik çəkini tam bərabərləşdirmək mümkün olmasa da, amma yeni hibrid ənənəvi avtomobillərdən cəmi 30-40 kiloqram ağır olacaqdır. Xatırlatmaq gərəkdir ki, hibrid qurğu P1 superkarına 140 kiloqram əlavə çəki bəxş edib.

Monokokun tökümünü Britaniyanın Şeffild şəhərindəki Kompozit Texnologiya Mərkəzində həyata keçirəcəkdirlər. Qeyd etmək gərəkdir ki, 2019-cu ildə McLaren şirkəti bu mərkəzin inşaatına təxminən 50 milyon funt sterlinq xərcləyib. Yeni arxitekturaya əsaslanan hiperkarın sınaqları da orada keçiriləcəkdir. Model istehsala buraxıldıqdan sonra müəssisədəki işçilərin sayı 60-dan 200-ə çatdırılacaqdır.

Markanın ilk hibridi, P1 və 1050 at qüvvəli Speedtail modellərindən fərqli olaraq, "top" Ultimate Series xəttinin bir hissəsi olmayacaqdır. Yeni superhibrid daha əlçatan Sport Series xəttinə qoşulacaqdır. Buraya 540C, 570GT, 570S və 600LT kupeləri, həmçinin 570S Spider və 600LT Spider rodsterləri daxildir:.

Adsız hibrid prototip hələ aprel ayında sınaqlar zamanı casusları tərəfindən qeydə alınıb. Adı açıqlanmayan superkar benzin V6 «tvin-turbo" mühərrikinə əsaslanan hibrid güc qurğusunu alacaqdır. Avtomobilin xüsusiyyətləri hələ də gizli saxlanılır, lakin onun elektrik ötürməsi ilə 32 kilometrə qədər məsafə qət edə biləcəyi gözlənilir.