“Bərkgedən” Mercedes-AMG A 45 hetçbeki səkkiz pilləli DCT “robotuna”, yeni tam çəkiş sisteminə və idarəetmə elektronikasının drift rejiminə sahib olacaqdır. Mercedes-AMG şirkətinin rəhbəri Tobias Moers yeni hetçbekin cari modelə bənzəməyəcəyini söyləyib.

“CarAdvice” nəşrinə müsahibə verən Moers, yeni Mercedes-AMG A 45 modelinin 400 at qüvvəsinin üzərində gücə malik olacağını da bildirib. “Bərkgedən” hetçbek gücləndirilmiş asqıya və drift rejiminə malik olan tam çəkis sisteminə də sahib olacaqdır. Mercedes-AMG E63 S modelində bu sistem ön oxu birləşdirən muftanı ayırır, elektron stabilizasiya sistemini söndürür, aralıq rejimdə isə məhdud hüdudlarda arxa oxun sürüşməsini təmin edir.

“Bərkgedən” hetçbek MBUX multimedia sisteminə və AMG-tərtibatlı rəqəmsal cihazlr panelinə də sahib olacaqdır.