Tam çəkişli Mercedes-AMG E63 S Estate modeli Nürburqrinqin “Şimal ilgəyinin” ən yeyin universalı olub. Avtomobil “Yaşıl cəhənnəmi” 7 dəqiqə 45,19 saniyəyə qət edib. Sınağı alman Sport Auto nəşri həyata keçirib.

Universal kuzovlu Mercedes-AMG E63 4Matic+, sedan variantının da təchiz edildiyi iki turbokompressorlu 4,0-litrlik V8 mühərriki ilə hərəkətə gəlir. Bu mühərrikin baza variantı 571 at qüvvəsinə və 750 Nm fırlanma anına malikdir. Universalın ən güclü modifikasiyası olan Mercedes-AMG E63 S 4Matic+  isə 612 at qüvvəsi və 850 Nm fırlanma anı olan mühərriklə təchiz edilir. Mercedes-AMG E63 Estate modelinin hər iki modifikasiyası hidrotransformatoru elektronika ilə idarə edilən muftası olan 9-pilləli AMG Sportshift MCT avtomatik ötürmələr qutusu ilə komplektləşdirilir. 571 at qüvvəli universal 100 km/saat sürətini 3.6 saniyəyə toplayır. 612 at qüvvəli S variantı isə bu işə 0,1 saniyə az vaxt sərf edir.

Mercedes-AMG E63 sedanları bu işə müvafiq olaraq 3.5 və 3.4 saniyə sərf edirlər.