Keçən həftə işinə başlayan Los Anceles avtosalonunda Mercedes-AMG bölümü GT R Pro trek avtomobilini təqdim edib. Bu gün alman istehsalçısı trek superkarının "Nordşlyayfe" trekində dövrə vurduğu zamanı çəkilmiş videoçarxı dərc edib.

Yürüş zamanı avtomobilin sükanı arxasında Mercedes-Benz komandasının zavod pilotu və AMG brendinin elçisi Maro Engel olub. O, “Şimal ilgəyini” 7 dəqiqə 4 saniyə zamanla qət edib. Bu alman markasının modelləri arasında göstərilmiş ən yaxşı zaman olub. Bununla belə, GT R Pro Lamborghini Aventador SVJ tərəfindən qeydə alınmış rekordu üstələyə bilməyib.

Mercedes-Benz şirkəti artıq “Nordşlyayfenin” ən yeyin dördyerli seriya avtomobili və ən yeyin seriya krossoveri adlarını öz aktivinə yazdırıb: Mercedes-AMG GT 4-door Coupe və Mercedes-AMG GLC 63 S 4Matic modelləri “Şimal ilgəyinin” rekordçularıdır.