Mercedes komandası yeni avtomobilinin təqdimat mərasimini çox sadə şəraitdə keçirib. Alman komandası, Mercedes-AMG F1 W11 EQ Performance adlandırılmış avtomobilini,son illərdə ənənə halını almış üslubda təqdim edib.

Qeyd etmək lazımdır ki, yeni avtomobilin livreyası, bir neçə gün əvvəl, Britaniyanın Ineos kimya şirkəti ilə beşillik sponsorluq müqaviləsinin imzalanmasına həsr mətbuat konfransında nümayiş etdirilmişdi.

Image alt Image alt Image alt

Təqdimat günü səhər, alman komandasının mətbuat xidməti avtomobilin kompyüter şəkillərini dərc edib. Bundan sonra Toto Volf, Lyuis Həmilton və Valtteri Bottas azarkeşlərə müraciət etmək üçün canlı yayıma çıxıblar. Sonradan pilotlar avtomobil ilə Silverstounda bir neçə dövrə vuraraq, onu yoxlayıblar. Bir il əvvəl olduğu kimi, avtomobili birinci Bottas, sonra isə Həmilton idarə edib. Axşam, komanda Silverstounda çəkilmiş fotoları yayımlayıb.