İki məşhur brend - Mercedes-AMG və Cigarette Racing Mayamidə keçirilən İnternational Boat Show sərgisinə birgə layihələri olan Cigarette Racing Team 41’ SD GT3 qayığı ilə qatılmışdırlar. Qayığın yaradılması zamanı Cigarette Racing komandasının mütəxəssisləri Ştutqart istehsalçısının Mercedes-AMG GT modelinin yarış variantı olan Mercedes-AMG GT3 modelindən ilham almışdırlar. Bu tərəfdaşların birgə çalışdığı ilk layihə deyildir - keçən onlar Mayamidəki sərgiyə Mercedes-AMG GT S modelinə həsr edilmiş Cigarette Racing 50 Marauder GT S konsepti ilə qatılmışdırlar. Yeni layihə isə bu qəbildən olan altıncı layihədir.

Cigarette Racing 41’ SD GT3 qayığı hər birinin 1100 at qüvvəsi gücü olan iki ədəd Mercury Racing firmasının V8 mühərriki və NXT6 pərləri ilə təchiz edilmişdir. 41 fut uzunluğu, 11 fut hündürlüyü və 20000 funt (9000 kiloqram) çəkisi olan qayığın maksimal sürəti saatda 100 mil həddində elektronika tərəfindən məhdudlaşdirilmişdir.

Qayığın eksteryerinin və interyerinin dizaynı üzərində Qordon Vaqenerin başçılıq etdiyi dizaynerlər komandası çalışmışdır.

Qayığın göyərtəsinin tərtibatında yüksək kefiyyətli dəridən və tik ağacından istifadə edilmişdir. Cigarette Racing 41’ SD GT3 komandasının istifadəsinə AMG loqotipləri tikilmiş dəri oturacaqlar, üç ədəd 17 düymlük monitorlar, Bluetooth sistemi, komplyüterləşdirilimiş idarəetmə sistemi, yeni nəsil Garmin və Cigarette naviqasiya və audiosistemi verilmişdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt