Mercedes-AMG idman bölməsi özünün 55 illik yubileyi şərəfinə beş ədəd GT3 Edition 55 yarış sportkarını buraxıb, lakin onlardan peşəkar şəkildə istfadə etmək mümkün olmayacaq - avtomobillər FIA tərəfindən homoloqasiya edilməyib, ona görə də onların yarışlarda iştirakına icazə verilmir. Bununla belə, FIA-nın ciddi məhdudiyyətlərinə riayət etmək kimi zərurətin ortadan qalxması, Mercedes-AMG mühəndislərinin əl-qolunu açıb: GT3 Edition 55 təkmilləşdirilmiş aerodinamik kuzov dəstini və güclü mühərriki alıb.

Yubiley GT3 Edition 55 versiyası Mercedes-AMG GT sportkarının əsasında hazırlanıb. O, 650 at qüvvəsi hasil edən 6,3-litrlik V8 atmosfer mühərriki ilə hərəkətə gəlir, yəni yarışlar üçün homoloqasiya edilmiş GT3 modelindən təxminən 100 at qüvvəsi daha güclüdür. GT3 Edition 55 modelini sınaqdan keçirmək üçün yeganə fürsət trek günləridir, çünki idman avtomobil ictimai yollarada istifadə üçün də yararlı deyil.

Məhdud buraxılışın xüsusiyyətləri - seriya nömrəsi həkk edilmiş lövhə, təhlükəsizlik kəmərinin gümüşü vurğuları, kandarların, havalandırma sisteminin deflektorlarının və yanacaq qapağının karbonla tərtibatı, habelə avtomobillə birlikdə gələn və onun şassi nömrəsi həkk olunmuş eksklüziv IWC qol saatıdır. GT3 Edition 55 sportkarının qiyməti ƏDV nəzərə alınmadan 625 min avrodur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Qeyd etmək gərəkdir ki, GT3 Edition 55 sportkarı ən güclü Mercedes-AMG modeli deyil. Belə ki, keçən ilin payızında 843 at qüvvəli Mercedes-AMG GT 63 S E Performance hibrid fastbək modeli təqdim edilib. Superhibrid 100 km/saat həddinə üç saniyədən az müddətdə sürətlənir ki, bu da onu BMW M5 CS sedanı ilə eyni cərgəyə qoyur.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.