Mercedes-Benz C-Class universalının yüksək keçiş qabiliyyətinə malik olan All-Terrain versiyasının buraxılacağı haqqında məlumat hələ 2019-cu ildə peyda olmuşdu. Keçən ayın sonunda, alman istehsalçısı rəsmi olaraq Mercedes-Benz C-Class All-Terrain modelinin sentyabr ayında keçiriləcək Münhen avtosalonunda debüt edəcəyini bildirmişdi. Buna baxmayaraq,alman istehsalçısı modelin üzərindəki sirr pərdəsini tamamilə götürməyə qərar verib.

Gözlənildiyi kimi, C-Class yolsuzluq universalı 2016-ci ildə debüt etmiş daha iri Mercedes-Benz E-Class All Terrain modeli ilə eyni reseptə əsasən hazırlanıb. Zahiri cəhətdən, All-Terrain versiyası adi universaldan radiator barmaqlığı, bamperləri, tutqun tünd-boz rəngli təkər tağlarının genişləndiriciləri və altlığın müdafiəsinin təqlidi ilə seçilir.

Terrain modeli ilə eyni reseptə əsasən hazırlanıb. Zahiri cəhətdən, All-Terrain versiyası adi universaldan radiator barmaqlığı, bamperləri, tutqun tünd-boz rəngli təkər tağlarının genişləndiriciləri və altlığın müdafiəsinin təqlidi ilə seçilir.

C-Class All-Terrain modelinin uzunluğu 4755 millimetr, eni – 1841 millimetr, hündürlüyü isə 1494 millimetrdir. Beləliklə, All-Terrain versiyası adi universaldan dörd millimetr uzun, 21 millimetr enli və 40 millimetr hündürdür. Yolsuzluq universalı standart olaraq 17-düymlük təkər diskləri ilə təchiz edilir. Əlavə ödəniş qarşılığında 18 və 19 düymlük təkər disklərini sifariş etmək olar. Daxili məkanın və baqaj bölümünün ölçüləri dəyişməyib.

Xüsusi eksteryer tərtibatı və artırılmış klirensi ilə yanaşı, C-Class All-Terrain modeli standart olaraq 4Matic tam ötürməsini, yedəyə alma qurğusunu, Dynamic Select sisteminin iki yeni rejimini (Offroad və Offroad+),  Digital Light adaptiv işıqlandırma sisteminin yolsuzluqda hərəkət zamanı maneələri daha tez aşkarlamağa imkan verən ofroud rejimini, kompasın göstəricilərini və koordinatlarını ekranda nümayiş etdirən Offroad funksiyasını əldə edib.

Texniki cəhətdən All-Terran versiyası adi universalı təkrarlayır. C-Class All-Terrain modeli M 254 benzin mühərriki və OM 654 M dizel mühərriki ilə təklif ediləcəkdir. İstehsalçı güc aqreqatlarının xarakteristikalarını açıqlamasa da, hər iki mühərrikin 20 at qüvvəsi və 200 Nm fırlanma anı hasil edən 48-voltluq startyor-generator ilə tamamalanacağını bildirib. Qeyd etmək lazımdır ki, C-Class ailəsinin bütün üzvləri ya yumşaq və ya təkrar doldurulan hibridlərdir. All-Terran versiyası da bu qaydalardan istisna deyil.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yolsuzluq universalının Avropa bazarındakı satışlarına bu ilin sonuna qədər başlanmalıdır. Mercedes-Benz C-Class All-Terrain universalının əsas rəqibləri Audi A4 Allroad və Volvo V60 Cross Country modelləri olacaqdırlar. Bundan başqa, yolsuzluq universalını GLC krossoverinə də alternativ saymaq olar.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.