Mercedes-Benzi şirkəti C-Class sedan və universalının ardınca kupe və kabriolet modellərini də yeniləyib. Modellər yumşaq hibrid güc qurğusuna, virtual cihazlar panelinə və bayraqdar S-Class modelindən alınmış yardımçı sistemlərə sahib olub.

Yenilənmiş C-Class alman istehsalçısının model xəttindəki avtomobillər arasında ilk dəfə olaraq 1,5-litrlik benzin turbomühərriki ilə təchiz edilir. Dörd silindrli mühərrik 184 at qüvvəsi və 280 Nm fırlanma anı hasil edir.  Mühərrik kəmərli ötürməsi olan EQ Boost startyor-generatoru və 48-voltluq batareya ilə təchiz edilir. İntensiv sürətlənmə zamanı generator mühərrikin gücünü 14 at qüvvəsi, fırlanma anını isə 160 Nm artırmağa imkan verir.

Bundan başqa, sistem əyləcləmə enerjisini rekuperasiya edir, akselerator pedalı buraxılan zaman mühərriki transmissiyadan ayırararaq tam söndürür. Yerindən 100 km/saat həddinə hibrid kupe 7,9 saniyəyə sürətlənir. Tam çəkişli versiya üçün isə, bu işə 8,4 saniyə tələb olunur. Kupe müvafiq olaraq 239 və 234 km/saat maksimal sürət həddinə malikdir.

Yenilənmiş Mercedes-Benz C-Class kupe və kabrioletinin dizel versiyaları 194 at qüvvəsi və 400 Nm hasil edən yeni mühərrik ilə təchiz edilir. Qarışıq rejimdə dizel kupe 100 kilometrə 4,6-4,9 litr, kabriolet isə 4,8-5,1 litr yanacaq sərf edir. Kupenin dizel modifikasiyasının 100 km/saat həddinə sürətlənməsinə 7,0 saniyə tələb olunur. Kabriolet üçün bu rəqəm 7,5 saniyə təşkil edir.

Kupe və kabrioletin «qaynar» Mercedes-AMG C43 modifikasiyası 390 at qüvvəsi və 520 Nm hasil edən 3,0-litrlik biturbo V6 mühərriki ilə təchiz edilir. 100 km/saat həddinə Mercedes-AMG C43 kupesi 4,7 saniyəyə, kabrioleti isə 4,8 saniyəyə sürətlənirlər.

Yenilənmiş kupe və kabrioletin təchizatına 12,3-düymlük rəqəmsal cihazlar paneli, 10,25-düymlük displeyi olan multimedia sistemi, 168 işıqdiodu olan ön LED fənərlər, işıqdiodlarından hazırlanmış arxa fənərlər və yarımavtonom idarəetmə sistemi daxildir. Bu sistemin tərkibinə təcili əyləcləmə sistemi, aktiv kruiz-kontrol və avtomatik sükan funksiyası olan zolaqda saxlama sistemi daxildir.

Yenilənmiş C-Class sedan və universalı bu ay keçirilmiş Cenevrə avtosalonunda debüt ediblər. Modellər yenilənmiş dizayna və sensorlu panelləri olan sükan çarxına sahib olublar. Yeni yeniliklər kupe və kabrioletə də şamil edilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt