Mercedes-AMG bölümü Cənubi Koreyada firma yarış trekini inşa edəcəkdir. Bu məqsədlə, istehsalçı Samsung Construction&Trading holdinqi ilə köhnə Everland Speedway trekinin adının AMG Speedway-ə dəyişdirilməsi barədə müqavilə imzalayıb.

Mercedes-Benz şirkətinin koreya nümayəndəliyinin rəhbəri Pimitris Psillakisin sözlərinə görə, trekin açılışı “brendə olan loyallığın armasına imkan verəcəkdir”. Trekin ərazisində istirahət zonası və iri dayanacaq inşa edilibdir. Trekin açılış mərasimi gələn ilin yanvarında keçiriləcəkdir.

Cənubi Koreya bazarı Mercedes-Benz şirkəti üçün vacib bazarlardan biri sayılır. Bu ilin doqquz ayı ərzində burada 2359 AMG modeli satılıbdır. Bu keçən ilin analoji dövründən 34% çoxdur. AMG bölməsinin təqdim etdiyi ən son model Mercedes-AMG GLC 63 S krossoveridir.

Avtomobil 510 at qüvvəsi və 700 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 biturbo mühərriki ilə hərəkətə gəlir. Güc aqreqatı doqquz pilləli “avtomat” ilə tandemdə çalışır. 100 km/saat həddinə “bərkgedən” krossover 3,8 saniyəyə sürətlənir. Onun maksimal sürəti 250 km/saat həddində elektronika tərəfindən məhdudlaşdırılıb.