Bu gün internetdə yeni nəsil Mercedes-Benz CLS modeli haqqında tam məlumat və onun fotoşəkilləri yayılıb. Fotoşəkillər Motoring nəşrinin saytında dərc edilsə də, sonradan saytdan silinib.

Avtomobilin baza variantı 2,9-litrlik dizel mühərriki ilə təchiz edilir ki, güc aqreqatı 286 at qüvvəsi və 600 Nm fırlanma anı hasil edir. Eyni mühərrikə malik olan CLS400d modifikasiyasının isə, 340 at qüvvəsinə və 700 Nm fırlanma anına malikdir. 

CLS modelinin 3,0-litrlik benzin mühərriki ilə təchiz edilən modifikasiyasının sərəncamında 367 at qüvvəsi və 500 Nm fırlanma anı olacaqdır. Quraşdırılmış startyor-generator sayəsində fırlanma anını qısa müddətə 750 Nm qaldırmaq mümkün olacaqdır.

Mercedes-AMG CLS 63 modeli 3,0-litrlik benzin mühərrikinin əsasında hazırlanan hibrid güc qurğusu ilə hərəkətə gələcəkdir. Hibdrid qurğunun gücü 503 at qüvvəsi təşkil edəcəkdir. Bütün güc aqreqatları doqquz pilləli avtomatik ötürmələr qutusu ilə birlikdə çalışacaqdırlar. CLS modelləri tam çəkiş sistemi ilə də təklif ediləcəkdirlər.

Yeni CLS modelinin təchizatına işıq dəstəsinin uzunluğu 650 metr olan işıqdiodlarından fənərlər, 18-düymlük təkər diskləri, 12,3-düymlük ekranı olan və LTE şəbəkə standartını dəstəkləyən multimedia sistemi, salonun və havalandırma sisteminin deflektorlarının işıqlandırılması, həmçinin rəqəmsal cihazlar paneli daxildir.

Sedanın təhlükəsizlik sistemləri dəstinə aktiv kruiz-kontrol, ikinci dərəcəli avtonom idarəetmə sistemi, avtomatik parkinq, zolaqda saxlama və Pre-Safe Sound sistemləri daxil edilib. Qəza qaçınılmaz olarsa, sonuncu sistem qısa çəhrayı səs impulsu yaradaraq sürücü və sərnişinləri karlaşmadan qoruyur. Yeni nəsil Mercedes-Benz CLS-Class modelinin rəsmi təqdimat mərasimi 29 noyabrda Los-Anjeles avtosalonunda keçiriləcəkdir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt