Mercedes-Benz şirkəti EQC elektrik krossoverinin Edition 1886 adlı xüsusi versiyasını təqdim edib. Krossover eksteryer və interyerin xüsusi dekoru, həmçinin genişləndirilmiş zəmanəti ilə seçilir. Xüsusi versiyanın adındakı rəqəm Mercedes-Benz markasının tarixindəki vacib tarixi xatırlatmalıdır.

Məhz 1886-cı ildə Karl Benz dünyada daxili yanacaq mühərriki ilə təchiz edilmiş ilk avtomobilin - Benz Patent-Motorwagen modelinin patentini alıb. Mercedes-Benz şirkətində EQ xətti yeni əsrin gəlişini göstərdiyini və «fərdi mobillikdə» inqilab edəcəyindən əmindirlər. 

Mercedes-Benz EQC Edition 1886 versiyası adi krossoverdən qara rəngli radiator barmaqlığı, qara emblemlər və qara haşiyələri olan 20-düymlük təkər diskləri ilə seçilir. Kuzovun yeganə rəngi High-tech Silver gümüşü metallik rəngidir.

Elektrokarın salonunda süni dəri və mikrofibra ilə üzlənmiş yeni oturacaqlar, mərkəzi konsoldakı xüsusi lövhəcik və xüsusi dekor elementlərini görmək olar. EQC Edition 1886 modeli standart olaraq Burmester səs sistemi və avtomobilin sistemlərindən alınmış məlumat əsasında seçilən bir neçə dincəlmə proqramına malik olan Energizing Coach funksiyası daxildir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Mercedes-Benz EQC Edition 1886 Almaniyada genişləndirilmiş zəmanət və bir neçə xidmət dəstləri ilə təklif edilir. Zəmanət səkkiz il və yaxud 160 min kilometr yürüşə qədər qüvvədədir. Elektrokarın plan üzrə xidməti pulsuz təxliyyəsini və avtomobilin sahibinə geri qaytarılmasını nəzərdə tutur. Bundan başqa, avtomobil sahibi Mercedes me Charge və IONITY yükləmə stansiyalarına girişi əldə edir.

Mercedes-Benz EQC ön və arxa oxda quraşdırılmış iki elektromotor ilə təchiz edilir. Onların ümumi hasilatı 408 at qüvvəsi və 765 Nm fırlanma anıdır. Elektromotorlar 80 kilovat-saatlıq litium-ion batareyalarından qidalanırlar.