Mercedes-Benz şirkəti 10 sentyabrda Frankfurtda nümayiş etdirəcəyi konseptin tizerlərini dərc edib. Söhbət EQ xəttindən olan Mercedes-Benz EQS liftbekindən gedir. Bu model EQ elektrik xəttinin bayraqdar modeli olacaq və dəbdəbə səviyyəsinə görə Mercedes-Benz S-Class sedanı ilə müqayisə edilə bilər.

Image alt Image alt Image alt Image alt

Mercedes-Benz EQS modeli elektrik nəqliyyat vasitələri üçün hazırlanmış MEA platformasında inşa ediləcəkdir. Qeyri-rəsmi məlumata görə, elektrokar ümumi gücü 400 at qüvvəsi olan iki elektromotorla hərəkətə gələcəkdir. Elektromobilin yürüş ehtiyatı 600 km olacaqdır. EQS modeli Tesla Model S və Porsche markasının ilk elektrokarı olan Taycan modeli ilə rəqabət aparacaqdır.