Mercedes-Benz şirkəti GLB krossoverlərinin çeşidini yeni modifikasiya ilə genişləndirib. Artıq krossoverin başlanğıc modifikasiyası 136 at qüvvəsi və 200 Nm fırlanma anı hasil edən 1,3-litrlik turbomühərriklə təchiz edilmiş GLB 180 modeli olacaqdır. Avropa bazarında satılacaq modifikasiya, avtomobilin başlanğıc qiymətini satış bazarından asılı olaraq 900-1200 avro endirməyə imkan verib.

Satışların başlanğıcında Mercedes-Benz GLB krossoveri dörd modifikasiyada təklif edilirdi. O zaman, başlanğıc versiyası 163 at qüvvəli 1,3-litrlik turbomühərrik və 7G-DCT robotlaşdırılmış ötürmələr qutusu ilə təchiz edilmiş Mercedes-Benz GLB 200 modifikasiyası sayılırdı.

Mercedes-Benz GLB 250 versiyası 224 at qüvvəli 2,0-litrlik benzin, GLB 220d və GLB 220d versiyaları isə, müvafiq olaraq, 150 və 190 at qüvvəli 2,0-litrlik dizel mühərrikləri ilə təchiz edilirdilər. Bütün aqreqatlar yeni səkkiz pilləli 8G-DCT «robotu» ilə tandemdə çalışırlar.  Daha sonra krossoverin çeşidinə 116 at qüvvəsi və 280 Nm fırlanma anı hasil edən 2,0-litrlik dizel mühərriki ilə təchiz edilən GLB 180d daxil edilmişdi. İndi isə, növbə benzin mühərrikinə malik olan eyni indeksli krossoverə çatıb.

Image alt Image alt Image alt Image alt

GLB 180 modelinin 1.33-litrlik benzin turbomühərriki 7G-DCT «robotu» ilə tandemdə çalışır. Məlum məsələdir ki, 136 at qüvvəsinə malik olan mühərrik  krossoverin dinamikasınma heç də müsbət təsir göstərməyib: sıfırdan 100 km/saat həddinə sürətlənməyə 9,9 saniyə gərəkdir. Bununla belə, krossoverin qarışıq rejimdəki yanacaq sərfiyyatı 100 kilometrə 6,0 litrdən çox deyil.