Mercedes-Benz şirkəti dünyada ən müasir istehsal meydançası olan Factory 56 barədə məlumat verib. 2022-ci ildə karbon dioksidindən tamamilə azad olan müəssisə, fotoelektrik enerjisi təchizatına və avtonom nəqliyyat xəttinə sahib olacaqdır. Müəssisə, həmçinin malgöndərənləri, istehsal şöbələrini və alıcıları birləşdirən vahid məlumat platformasına qoşulacaqdır.

Factory 56 müəssisəsinin ümumi sahəsi 220 min kvadrat metr təşkil edir ki, bu da 30 futbol meydançasına bərabərdir. Zavodun təməli 2018-ci ilin fevralında qoyulmuş, yığma xəttinin işə salınması isə gələn onilliyin əvvəlinə planlaşdırılıbdır. Bu müəssisədə Mercedes-Benz S-Class modelinin növbəti nəsli, EQ subbrendinin modelləri və gələcək pilotsuz nəqliyat vasitələri istehsal ediləcəkdir.

Kompleksin damında elektrik təchizatını təmin edən fotoelektrik sistemi quraşdırılıbdır. Bu meydançanın 40 faizində bitliklər əkiləcəkdir.Bunlar, müəssisənin enerji cəhətdən daha effektivli etmək və münbit mikroiqlimin yaradılması üçün edilir.

Mercedes-Benz şirkətinin yeni zavodunun başlıca cəhəti ənənəvi konveyerdən imtina edilməsidir. Onun funksiyalarını TecLines adlandırılmış avtonom nəqliyyat platformaları icra edir: avtomobilin konveyerdə hərəkət etmək əvəzinə müəyyən müddət bir yerdə qalır. Bu yanaşma binaları rekonstruksiya etmədən yığım xəttlərini artırmağa imkan verir.

Factory 56 zavodunda bütün əməliyyatlar avtomatlaşdırılacaq, meydança isə kağıssız sənəd dövriyyəsinə keçiriləcəkdir. Gərək olan komponentləri yığım xəttinə çatdırmaq üçün intellektual çatdırılma sisteminə birləşdirilmiş arabalardan istifadə ediləcəkdir. Sistem müəssisənin fəaliyyəti barədə bütün məlumatı toplayaraq, lazım olan materialları müvafiq zonalara çatdıracaqdır. Factory 56 zavodunda 300 avtonom nəqliyyat sistemi çalışacaqdır.

Qeyd etmək lazımdır ki, alətlər də ümumi şəbəkəyə qoşulacaqdırlar. Məsələn, hər hansı boltun sıxılması üçün müvafiq açar irəli sürüləcəkdir.