Mercedes-Benz şirkəti V-Class miniveninin elektrik versiyası olan EQV modelini təqdim edib. Elektrik və dizel minivenləri arasındakı fərq minimum səviyyədədir. Elektrik modeli də adi V-Class minivenindəki kimi səkkiz yerli salona və həmin salonun geniş transformasiyasına imkanlarına malikdir.

EQV modelinin seriya variantı V-Class miniveninə yaxın olsa da, sonuncudan radiator barmaqlığı və təkər disklərinin dizaynı ilə seçilir. Bundan başqa, elektrik minivenini ön bamperdəki elektrik yükləmə nöqtəsi və ön qanaqdlardakı emblemlər sayəsində tanımaq olar.

Dizel və elektrik versiyasının interyerindəki fərq iki elementdən ibarətdir: ekoloji cəhətdən təmiz miniven 10-düymlük ekrana malik olan və mobil qurğuları dəstəkləyən MBUX kompleksinə sahib olub və mühərrikin işə salınma düyməsinə malik deyil - elektrik miniveni ənənəvi açarla işə düşür.

Elektrik miniveninin mühərriki 204 at qüvvəsi və 362 Nm fırlanma anı hasil edir. Akkumulyator batareyasının həcmi 100 kVt/saat olsa da, bu həcmin 90 kVt/saatı effektiv şəkildə istifadə olunur. EQV modelinin maksimal sürəti 160 km/saatdır. Dolu batareya ilə Mercedes-Benz EQV 400 km (WLTP) yürüş edə bilər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Mercedes-Benz EQV modeli 12 sentyabr tarixində Frankfurt avtosalonunda debüt edəcəkdir. Elektrovenin qiyməti açılanmasa da, onun 70 min avro ətrafında olacağı söylənilir.