Mercedes-Benz şirkəti Mercedes-AMG GT R superkarının buraxılış sayını məhdudlaşdırmaq niyyətindədir. Söylənilənlərə görə, alman istehsalçısı avtomobilin tirajını iki min nüsxə ilə məhdudlaşdırılacaqdır. Bu barədə xəbəri “Autocar” dərgisi yaymışdır.

Mercedes-Benz nümayəndələri Mercedes-AMG GT R superkarlarının əksəriyətinin yarış treklərində istifadə olunacağından əmin olduqlarını bildirmişdirlər. Bununla belə, modelin ümumi yollarda istifadə edilməsi üçün gərək olan sənədlərə malikdir. Xatırladaq ki, Mercedes-AMG GT R Britaniyanın Qudvud şəhərində keçirilən "Sürət Festivalı"nda təqdim edilmişdir. Arxadan çəkişli superkar 4,0-litrlik səkkiz silindirli biturbo mühərriklə təchiz edilir. Bu mühərrik 585 at qüvvəsinə və 700 Nm fırlanma anına malikdir. Yeni avtomobil şəhər rejimində 15 litr yanacaq sərf edir ki, trassada bu rəqəm 9,2 litr, qarışıq rejimdə isə 11,4 litr təşkil edir.

Güc aqreqatı yeddi pilləli iki muftalı robotlaşdırılmış sürətlər qutusu ilə birgə çalışır. Sürətlər qutusunun ötürmələr nisbəti dəyişdirilmiş, proqram təminatı yenilənmiş və onun soyudulması yaxşılaşdırılmışdır. Transmissiyanın işi, "Race" rejimi əlavə edilmiş Dynamic Select sisteminin seçilmiş rejiminə uyğun dəyişir.

Bundan əlavə, mərkəzi konsolda yerləşdirilmiş xüsusi düymə sayəsində trekşn-kontrolun tənzimlənmələrini təyin etmək olar ki, bunlardan biri yaş trekdə və sürüşkən yolda hərəkət üçün nəzərdə tutulmuşdur. Hər bir doqquz rejim təkərlərin sürüşməsini maksimal oaraq təmin edir.

Trekşn-kontrolu sabitləşdirmə sistemi kimi tam söndürmək də mümkündür. Yerindən 100 kilometr-saat həddinə qədər Mercedes-AMG GT R 3,6 saniyəyə sürətlənir. Müqayisə üçün Mercedes-AMG GT S modeli 100 kilometr-saata 3,8 saniyəyə sürətlənir. Superkarın maksimal sürəti 318 kilometr-saata bərabərdir.