Mercedes-Benz şirkəti istehsalına başlamadığı EQC elektrik krossoverinə ilkin sifarişləri qəbul etməyə başlayıb. Mercedes-Benz EQC krossoverini birinci olaraq sifariş etmək şərəfi norveçlilərə qismət olub.

Hegnar nəşrinin istehsalçıya istinadən yaydığı xəbərdə artıq iki min sifarişin qəbul edildiyi bildirilir. Öncədən sifarişi rəsmiləşdirmək üçün 20019 norveç kronu (4330 manat) məbləğində depozit yerləşdirmək kifayətdir. Bununla belə, bir ada yalnız bir elektromobil sifariş etmək olar. Həmçinin, istehsalçının saytında seriya avtomobilinin xüsusiyyətlərinin və dizaynının şəkildə təsvir edilən konseptdən fərqləndiyi bildirilir.

Mercedes-Benz EQ konsepti ilk dəfə 2016-cı ilin Paris avtosalonunda təqdim edilmişdi. Pprototip ön və arxa oxda yerləşdirilmiş iki elektromotorla təchiz olunubdur.

Elektrik aqreqatlatının ümumi gücü 300 kilovatt, fırlanma anı isə 700 Nm təşkil edir. Generation EQ konsepti 100 km/saat həddini beş saniyədən az bir vaxta toplayır.  

Elektromotorlar 500 kilometr yürüş məsafəsini təmin edən 70 kilovatt-saatlıq tutumu olan litium-ion batareyalarından qidalanır.

Prototip batareyaların doldurulmasının mütərəqqi qidalanma sistemi ilə təchiz edilmişdir ki, bu sistem 5 dəqiqə müddətində enerji ehtiyatını bərpa edərək elektromobili 100 kilometr yürüş məsafəsi ilə təmin edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt