Bu il Mercedes-Benz şirkəti Maybach markasının 100-iilik yubileyini qeyd etməyə hazırlaşır. Burada təəccüblü bir şey yoxdur, yalnız xırda bir detaldan başqa. Bu gün alman istehsalçısı xüsusi oseriyadan olan Maybach S-Class sedanının tizerini dərc edərək, mətbuat açıqlamasını yayımlayıb. Açıqlamada "yubiley" sedanının ilk Maybach avtomobili olan 22/70 HP W3 modelinə ithaf olunduğu bildirilir.

Maybach 22/70 HP W3 modeli 1921-1926-cı illər arasınnda 305 nüsxəlik tirajla buraxılıb. Avtomobil 70 at qüvvəli 5,7-litrlik mühərrik ilə hərəkətə gəlirdi. Arxa ötürməli limuzin 110 km/saat qədər sürətlənirdi...

Ən maraqlı detal isə, Z223 kuzov kodunu daşıyan modelin ön qanadındakı V12 emblemidir. Qeyd etmək lazımdır ki, artıq Mercedes-Benz şirkəti son nəsil S-Class modelini belə mühərriklə təchiz edəcəyini təsdiqləyib və görünən odur ki, alman istehsalçısı böyük həcmli mühərriklə hərəkətə gələn Maybach modelini buraxaraq vədinə əməl etmək niyyətindədir. Alman markası texniki detalları açıqlamır, bununla belə, flaqman Mercedes-Maybach S-Class modelinin 600 at qüvvəsi üzərində gücə malik olan 6,0-litrlik V12 biturbo mühərriki ilə təchiz ediləcəyi gözlənilir. Böyük ehtimalla, belə model S650 və S680 nişanını daşıyacaq və ilk dəfə olaraq yalnız arxa ötürmə ilə deyil, həm də 4Matic tam ötürməsi ilə təchiz ediləcəkdir.

Mercedes-AMG S65 modelini V8 mühərrikinin əsasında yaradılmış qoşulan hibrid güc qurğusu ilə təchiz edilmiş Mercedes-AMG S73e modeli ilə əvəzlənəcəyini nəzərə alsaq, Maybach S650 modeli V12 mühərriki ilə hərəkətə gələn yeganə S-Class sedanı olacaqdır. Dəbdəbəli sedan Bentley Flying Spur W12 və Rolls-Royce Ghost modelləri ilə rəqabət aparacaqdır. Sonradan bu rəqabətə W12 mühərriki ilə təchiz edilən dəbdəbəli Audi A8 Horch sedanı da qoşulacaqdır. BMW M760i sedanını da yaddan çıxarmaq olmaz, lakin növbəti nəsil 7 Series sedanı üçün belə bir  modifikasiya nəzərdə tutulmayıb.

Əgər alman istehsalçısı Mercedes-Maybach S-Class Pullman modelini hazırlamaq fikrinə düşərsə, V12 mühərriki mütləq bu möhtəşəm limuzinin kapotunun altında özünə yer tapacaqdır.