Mercedes-Benz şirkəti MBUX Hyperscreen əyləncə-məlumat sisteminin qabaqcıl ekranını təqdim edib. Ekran avtomobilin bütün ön panelini tutur və süni intellekt sistemi ilə təchiz edilmişdir. Yeni multimedia sistemi 2022-ci ildə Mercedes-Benz EQS flaqman elektromobilində debüt edəcəkdir.

Ekran üç ayrı displeydən ibarətdir ki, onlardan biri ön sərnişin üçün nəzərdə tutulmuşdur. Sistemin bütün elementləri bütöv süsənin altında yerləşir və avtomobilin ön paneli boyu uzanan vahid elementdir.

Ekranın diaqonalı 56 düymdür, bu da onu bu günə qədər təqdim edilən ən böyük displeyə çevirir - oxşar ekrana sahib olan Cadillac Escalade modelinin displeyinin ölçüsü 38 düymdür.

Panel bir qədər qatlanmışdır, lakin mühəndislər inanılmaz möhkəmliyi əldə etməyə müvəffəq olublar - şüşəni 650 dərəcə Selsidə yüksək temperaturda bərkidirlər və bunun sayəsində də o ideal şəkildə şəffaf alınıb. Krəş-testlər və hətta ən ciddi "qəzalar" zamanı belə, şüşə qsınmır - nadir hallarda yaranan çatları yan tərəflərdə quraşdırılmış hava kanalları tutaraq-saxlayır.

Lakin, sistemin əsas xüsusiyyəti sürücünün avtomobillə "ünsiyyətini" mümkün qədər rahat edəcək, öyrənmə qabiliyyətinə malik olan süni zəkadır. Məsələn, sürücü eyni yerdə klirensin artırılması rejimini işə salarsa, avtomobil bunu yadda saxlayacaq və idarəetmə prosesini asanlaşdırmaq üçün, bu rejimi müstəqil olaraq işə salacaqdır.

Süni intellektdən istifadə etmək üçün başqa variant, hərəkətin vaxta və məkana görə bağlanmasıdır. Əgər sürücü hər çərşənbə axşamı axşam birinə zəng edərsə, sistem bunu da yadda saxlayacaq və müəyyən edilmiş vaxtda nömrəni yığmağı təklif edəcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

MBUX Hyperscreen sisteminin seriya versiyasının istehsalı 2021-ci ilə, debütü isə 2022-ci ilə planlaşdırılan EQS elektrik sedanında quraşdırılacaqdır.