Mercedes-Benz şirkətinin Mercedes-Benz Style dizayn bölməsinin əhatə dairəsi gözlənildiyindən də genişdir. Alman şirkətinin dizaynerləri velosipeddən başlayaraq yaxta və təyyarə interyerlərinə qədər hər şeyi dizayn etmək iqtidarındadırlar. Məsələn, götürək aviasiya sahəsini.

Mercedes-Benz Style bölməsi digər iri alman şirkəti olan Lufthansa aviaşirkətinin Lufthansa Technik bölməsi ilə birlikdə müasir VIP təyyarələrin salon dizaynının son variantını təqdim edib. İndi iki şirkət rəsmi olaraq özəl ACJ (Airbus Corporate Jets) və BBJ (Boeing Business Jets) sinifindən olan təyyarələr üçün unikal və dəbdəbəli bir məhsulu təklif edir.

Yeni dizaynın mərkəzi mövzusu, girişdən başlamış yataq otağına qədər bütün gəmini əhatə edən unikal və dinamik spiralvari quruluşdur. Bu, örtük elementləri və divarlarının tipik yerləşməsi olmadan yeni müstəqil əhatə zonaları yaradır.

“Biz daxili məkanın ənənəvi dizaynından kənara çıxan tamamilə yeni bir məkan konsepsiyası hazırladıq. Hava gəmisinin salonunun necə görünməli olduğu barədə köhnə düşüncələri kənara atdığımızda olduqca radikal davrandıq, - Daimler AG-nin baş dizayneri Qordon Vagener bildirib.- "Sərnişinlər, həm emosional, həm də ağıllı dizayn sayəsində, Mercedes üçün tipik olan müasir dəbdəbə hissini yaşamaq imkanı əldə edəcəkdirlər. Başqa sözlə desək, yeni dizayn eyni vaxtda həm "ehtiraslı", həm də "sakit" olacaqdır".

Qeyd etmək lazımdır ki, dizaynerlər salonun ənənəvi konfiqurasiyasından tamamilə imtina ediblər və ümumilikdə onu təyyarələr üçün nəzərdə tutulandan uzaqlaşdırıblar - sıra ilə düzülmüş oturacaqlar və illüminatorlar kimi bütün ənənəvi elementlər olmadığı üçün kapsula şəklindən əsər-əlamət belə qalmayıb.

İnteryerin heyranedici detallarından biri də illüminatorlardır: təqdim olunan dizaynda onlar ekran panellərinin köməyi ilə gizlədiliblər.

"Böyük məmnuniyyət hissi ilə, şəxsi təyyarələrində ən müasir dizaynı görmək istəyən müştərilərimizə, yeni Mercedes-Benz Style salonunu təqdim etməkdən məmnunuq", - Lufthansa Technik-də VIP və xüsusi təyinatlı təyyarələrin satışı üzrə vitse-prezidenti Viland Timm deyir: - "İki şirkət, dizaynın ən yüksək standartlarını birinci dərəcəli texniki bilik və təcrübə ilə birləşdirərək, təyyarələr üçün bənzərsiz salon yarada biliblər. Daimler AG ilə əməkdaşlıq, müştərilərimizə könül rahatlığı ilə, bazarda bənzəri olmayan əfsanəvi dizayna sərmayə qoymağa söv edən konsepsiyaları yaratmaq imkanı verir".