Mercedes-Benz şirkəti yeni Mercedes-AMG G 63 4x4² ofrouderinin şəkillərini dərc edərək, onun bəzi xüsusiyyətlərini açıqlayıb. Yeni Mercedes-AMG G 63 4x4² modeli haqqında məlumat şirkətin Almaniyadakı saytında yerləşdirilib. Doğrudur, hələlik yalnız əsas məqamlar açıqlanıb, ona görə də onun geniş təqdimatının yaxın zamanlarda keçiriləcəyini ehtimal edirik.

Nəzərə almaq gərəkdir ki, mühəndislərin qarşısında ofrouderin həndəsi keçid qabiliyyətini artırmaq vəzifəsi durub. Rəqəmlərlə bu belə ifadə olunur: ofrouderin klirensi 238-dən 361 millimetrə, qət edilən çay keçidinin dərinliyi 700-dən 910 millimetrə, giriş bucağı isə 27-dən 40 dərəcəyə qədər artırılıb. Müqayisə üçün: onun sələfi olan Mercedes-Benz G 500 4x4² modelinin klirensi 438 millimetr, giriş bucağı isə 51,6 dərəcə idi.

G 63 4x4² modeli həmçinin 22-düymlük təkər diskləri, damdakı LED “çilçırağı”, ehtiyat təkərinin yeni qapağı və görünən karbon lifindən dekoru ilə fərqlənir. Salonun üzlənməsi üçün Nappa dərisi və Dinamica mikrofiberindən istifadə olunur. Ofrouderin kapotunun altında 585 at qüvvəsi və 850 Nm fırlanma anı hasil edən standart 4,0-litrlik V8 biturbo mühərriki var. Güc aqreqatı doqquz pilləli “avtomat” ilə tandemdə çalışır. Mercedes-AMG G 63 4x4² modeli 100 km/saat həddini 4,6 saniyəyə toplayır və 100 kilometrə orta hesabla 20 litr yanacaq sərf edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Əlbəttə ki, bu modifikasiya Mercedes-Benz G-Class ofrouderinin ən ekstremal versiyasıdır. Ancaq belə ofroud imkanlarının kifayət olmadığını düşünənlər üçün, Brabus atelyesi Crawler modelini təklif edir. Ofrouderin əsasını polad məkanvari çərçivə təşkil edir. Onun bəyan edilən klirens 530 millimetrdir. Brabus Crawler modelinin güc aqreqatı 900 at qüvvəsi və 1050 Nm fırlanma anı hasil edir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.