Daimler AG konserni model xəttinin elektrikləşdirilməsi proqramı çərçivəsində əsas modellərin hibrid variantlarını təqdim edib. Bu modellər üçüncü nəsil elektrik üstqurumu ilə təchiz edilməklə yanaşı, məişət şəbəkəsinə də qoşulurlar. Ənənəvi olaraq, Mercedes-Benz şirkəti həm benizn, həm də dizel mühərrikləri ilə təchiz edilmiş modellərin hibrid variantını təklif edir.

Yeni transmissiya 9G-Tronic avtomatik ötürmələr qutusunun əsasında yaradılıbdır. Qutunun daxilində elektromotor və “yaş” mufta quraşdırılıbdır ki, sonuncu lazım gəldikdə daxili yanma mühərrikini transmissiyadan ayırmağa cavabdehdir. Güc aqreqatının rəvan işləməsini təmin etmək üçün hidrotransformator da qorunub-saxlanıbdır. Əldə edilmiş modul adi “avtomatdan” bir qədər iri alınıbdır:  yeni qutu 108 millimetr uzundur.

Sinxron elektromotor Bosch şirkəti ilə birlikdə hazırlanıbdır və yenə nəsil Mercedes-Benz modelləri üçün eynidir. Mühərrikin hasilatı 122 at qüvvəsi və 440 Nm-dir. Daimler konserninə məxsus olan Accumotive şirkətinin məhsulu olan güc batareyası da bütün modellər üçün unifikasiya edilibdir. Əvvəlki litium-ion-fosfat batareyasının əvəzinə litium, nikel, manqan və kobaltdan ibarət olan batareya istifadə edilir. Yeni batareya enerji tutumunu 6,4-dən 13,5 kilovat-saata qədər artırmağa imkan verib. Eyni zamanda, avtomobilin qıdalanma qurğusunun gücü də 3,6-dan 7,4 kilovata qədər yüksəldilibdir. Bu qurğu batareyanı divardan asılan firma qurğusundan 1,5 saata, məişət şəbəkəsindən isə 5 saata doldurmağa imkan verir.

Mercedes-Benz E 350 e modelini əvəz edən yeni E 300 e sedanı 211 at qüvvəsi və 350 Nm fırlanma anı hasil edən 2,0-litrlik benzin turbomühərriki ilə təchiz edilir. Yeni elektromotor sayəsində sedan 320 at qüvvəsinə və 700 Nm firlanma anına malik olub. Üstəlik, qurğunun fırlanma anı elektronika tərəfindən məhdudlaşdırılıb. Xatırladaq ki, E 350 e modelində bu rəqəmlər 286 at qüvvəsi və 550 Nm təşkil edirdi.

Dizel hibridlərin çeşidi isə daha genişdir: buraya sedan və universal kuzovlu C 300 de və E 300 de modelləri də daxil edilibdir. 2,0-litrlik dizel aqreqatı 194 at qüvvəsi və 400 Nm hasil edir. Hibrid qurğunun ümumi gücü isə 306 at qüvvəsi və 700 Nm (yenə də məhdudlaşdırılmış)  təşkil edir. C 300 de sedanı 100 km/saat həddinə 5,6 saniyəyə, daha iri E 300 de isə 5,9 saniyəyə sürətlənir. Hər iki modelin maksimal sürəti 250 km/saatdır. Maraqlıdır ki, hibridlər üçün yeni his filtri hazırlamaq lazım gəlib. Bu filtr daha yeyin qızır, elektromotor isə daha yeyin sürətlənməni təmin etmək üçün dizel aqreqatını əlavə olaraq yükləyir. Bunun üçün idarəetmə elektronikası xüsusi “yandırma” rejiminə malik olub.

Baqaj bölümündəki çıxıntı bu modellərin layihələndirilməsi zamanı elektrikləşmə siyahısına daxil olmadığından xəbər verir

Bütün hibridlər dörd hərəkət rejiminə malikdirlər: standart Hybrid, sırf elektrik E-mode, batareyanın enerjisini qoruyan E-save və enerjinin bərpasını təmin edən Charge. Elektrik rejimində modellər 130 km/saata qədər sürətlənə və 50-57 kilometr arasında məsafə qət edə bilərlər. İstehsalçı NEDC dövrünə əsasən dizel mühərrikli modellərin 100 kiometrə 1,6, benzin modifikasiyaların isə 2,0 litr yanacaq sərf edtdiyini iddia edir.

Mənbə: Autoreview.ru

Image alt Image alt Image alt Image alt