Bu gün Mercedes komandası yeni mövsümdə yarışacağı yeni W10 indeksli avtomobilini təqdim edib. Alman komandası yeni avtomobilin şəkillərini sosial şəbəkələrdə də dərc edib. Bu günə qədər təqdimat keçirən komandalardan fərqli olaraq, çempion komanda nəinki yeni livreyasını, həmçinin yeni avtomobilini də nümayiş etdirib.

Dərc edilmiş şəkillərdən də göründüyü kimi, Mercedes W10 modelinin döyüş rəngləri demək olar ki dəyişilməz qalıb.  Alman komandası yeni avtomobilin şəkillərinin dərc edilməsi ilə kifayətlənməyib. Bu gün komanda Lyuis Həmilton və Valtteri Bottasın iştirakı ilə yeni avtomobilin Silverstounda yoxlanma sessiyasını da keçirməyi planlaşdırıb. Günün birinci yarısında Bottas, ikinci yarısında isə Həmilton avtomobili sınayacaqdır.

Image alt Image alt Image alt Image alt