Mercedes-Benz şirkəti S-Class bayraqdar sedanının ən dəbdəbəli modifikasiyası olan Mercedes-Maybach S-Class modelini təqdim edib. Qeyd etmək gərəkdir ki, S-Class modelinin əsaslanan Maybach modelinin yaradılması resepti dəyişməyib: böyüdülmüş arxa qapıları və arxa dayaqlardakı əlavə pəncərələr olan profil əvvəlki kimidir.

Əvvəlki X222 modelinin təkər bazası 200 millimetr uzadılsa da, Z223 indeksli yeni Maybach modelində bu artım 180 millimetrdir. Nəticədə yeni modelin təkər bazasının uzunluğu 3396 millimetr təşkil edir. Bu əvvəlki modeldə olduğundan 31 millimetr çoxdur. Nəsil dəyişikliyi ilə birlikdə avtomobilin uzunluğu o qədər də artmaöıb - 5469 millimetr (+16 millimetr).

Mercedes-Maybach S-Class modeli adi S-Class sedanından başqa radiator barmaqlığı, əlavə emblemlər və orijinal təkər diskləri (19, 20 və ya 21 düymlük) ilə fərqlənir. Geri çəkilən qapı tutacaqları isə standart avadanlıq siyahısına daxil edilib. Xatırladaq ki, belə tutacaqlar adi sedanlar üçün opsiyadır. Ayrıca, əlavə ödəniş ilə, standart S-Class üçün əlçatan olmayan kuzovun ikirəngli boyanmasını da sifariş etmək mümkündür.

Opsional olaraq, Maybach sedanı üçün sürücüyə yolda oxlar və işarələr şəklində ismarıclar "çəkən" ən müasir Digital Light fənərləri nəzərdə tutulub. Hər bir fənərdə üç güclü diod və "görüntü" yaratmaq üçün elektronika tərəfindən idarə olunan 1,3 milyon mikromüzgü matrisası quraşdırılır.

Yeni maybach sedanları üçnəfərlik arxa divan ilə təklif edilməyəcəkdirlər - standart olaraq funksionallığı müxtəlif olan fərdi oturacaqlar quraşdırlacaqdır. Arrxa oturacaqların kürək hissəsi 19 ilə 43,5 dərəcə arasında əyilə bilər. Yeni xüsusiyyətlər arasında sərnişinlərin boyun və çiyinin qızdırılması, quraşdırılmış vibromasajorlu ayaq dayağı və təhlükəsizlik kəmərinin teleskopik verilmə mexanizmi (kupe və kabriolet kimi) var. Mərkəzi boksda soyuducu quraşdırıla bilər.

İlk dəfə olaraq arxa qapılar servo ötürücünü əldə ediblər, üstəlik, sistem yalnız düymələrə basılmaqla işləmir, həm də qapı əllə açılırsa "kömək edir". Burmester səs sistemi aktiv səs-küy boğulması funksiyasına malikdir. Arxa işıqlandırma adaptivdir: işıq şüasının parlaqlığını, istiqamətini və ölçüsünü tənzimləmək olar. Maybach sedanın salonunda 253 işıq diodu var. Arxa sərnişinlər üçün ön hava yastıqları da standart olaraq quraşdırılır.

Texniki olaraq, yeni Mercedes-Maybach adi S-Class ilə tamamilə unifikasiya edilib. Sedan standart olaraq pnevmatik asqı sistemi ilə təchiz edilir, əlavə ödənişlə, aktiv hidropnevmatik E-Active Body Control asqısını və tam idarəolunan şassini (dönmə dairəsini iki metr azaldır) quraşdırmaq olar. 2021-ci ildən dəbdəbəli sedan Drive Pilot, yəni şosse avtopilotu ilə təchiz ediləcək.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Modifikasiyaların siyahısı hələlik açıqlanmayıb, bununla belə Maybach sedanının mühərrik çeşidi adi S-Class ilə eyni olacaqdır.. Tam ötürmə sistemi və 9G-Tronic “avtomatı” standart olaraq quraşdırılır. Bununla birlikdə, Maybach sedanının seçilən cəhəti onun V12 mühərriki olacaqdır. Ətraflı məlumat daha sonra veriləcəkdir.

Yeni Mercedes-Maybach S-Class sedanının satışlarına bu ilin sonunadək ən vacib bazarlarda başlanacaqdır.