İndiki zamanda özəl cet sahibi olmaq təəccüb doğurmur - dünyada minlərlə milyonçu özəl cet almaq imkanına malikdir. Bəs milyarderlər? Artıq onların diqqətini 8-12 yerlik yığcam və qənaətcil biznes cetlər cəlb etmir, amma Boeing 747 və ya Airbus A380 kimi nəhəng sərnişin laynerlərinin qiyməti yüz milyonlarla dollara çatır. İlk dəfə Boeing sərnişin təyyarəsi 1996-cı ildə özəl təyyarəyə çevrilib. Boeing Business Jet modeli, yəni VIP konfiqurasiyasında olan Boeing-737, o zaman əlçatmaz görünürdü. Ancaq onu müasir dövrün ən varlı insanlarına məxsus olan təyyarələrlə müqayisə etsək, o, bizə olduqca solğun görünə bilər.

Image alt Image alt Image alt

Boeing 747-8

Qiyməti: 280 milyon dollar, interyerin fərdi avadanlıqlarının qiyməti təxminən 20 milyon dollardır. Bu təyyarə amerikan təyyarələrinin ən böyüyü və dünyanın ən uzun təyyarələrindən biridir. Boeing 747-8 təyyarəsi ilk uçuşunu 2010-cu ildə həyata keçirib, Airbus 380 layneri isə 2007-ci ildə ilk kommersiya uçuşunu yerinə yetirib. Onlar əvvəlcədən milyarderlər üçün hesablanmışdı: bu təyyarələri xüsusi panellər, kinoteatr, cakuzi kimi interyer avadanlıqalrı ilə təchiz etmək üçün təxminən 20 milyon dollar xərcləmək lazım olub.

Bu nəhəng özəl təyyarələrin alıcıları əvvələr başqa, daha kiçik təyyarələrin sahibləri olublar. Məsələn, Boeing 747-8 laynerini alan dörd milyarderdən ikisi başqa Boeing modellərinin sahib olublar və onların daha müasir modeli almaq istəyi, Boeing korporasiyasının biznes cetlər bölməsinin prezidenti Stiven Hilin dediyi kimi "yeni və daha yaxşı bir şey" əldə etmək istəyinə əsaslanıb.

Image alt Image alt

Boeing 767

Qiyməti: 118-165 milyon dollar. Bu modeldən olan təyyarələri müxtəlif vaxtlarda "Çelsi" futbol komandasının sahibi Roman Abramoviç, Google-un qurucuları Larri Peyc və Sergey Brin alıblar. Bu sinifdəki digər təyyarələrlə müqayisədə, 767 daha aşağı istismar xərclərinə malikdir. Bu təyyarənin sərnişin versiyası 375 sərnişin tutur. Maksimal uçuş məsafəsi 12.200 kilometrdir.

Bununla belə, müasir biznes təyyarələrin ən dəbdəbəlisi Airbus ACJ380 sayılır. ACJ380 o qədər genişdir ki, onun sahibi təyyarənin içərisində  istədiyini yarada bilər.

Image alt Image alt Image alt

Airbus A380

Qiyməti: 320 milyon dollar. Bu "uçan sarayı" Səudiyyə Ərəbistanından olan neft milyarderi şahzadə Alvalid bin Talal alıb. Şəhzadə, 320 milyonu yalnız təyyarənin özü üçün ödəyib. Salondakı yataq otaqları, kinoteatr, jakuzi və digər tərtibat elementlərinə çəkilmiş xərc bu qiymətə daxil deyil. Airbus A380 təyyarəsi rekord ölçülərə malikdir: bu yeddi mərtəbəli binanın hündürlüyündə olan dörd mühərrikli geniş gövdəli bir təyyarədir. Onun qanadlarının sahəsi futbol meydanından bir qədər azdır. Baqaj bölməsində 70 avtomobil, sərnişin bölməsində isə 850 nəfərdən çox sərnişin yerləşə bilər. Layner yanacaq doldurmadan, maksimal 900 km/saat sürəti ilə, 15.200 kilometr məsafə qət edə bilər.

Təyyarə onu üçüncü tərəfə icarəyə vermək üçün deyil, şəxsi istifadə üçün satın alınmırsa, onun sahibi daxili tərtibatda xəyallarından maksimum dərəcədə tətbiq etməyə çalışır. Privateair şirkətinin baş direktoru Qreq Tomasın sözlərinə görə, şirkətinin ən qeyri-adi interyeri Fars körfəzindən olan biznes təyyarələrinin alıcıları tərəfindən sifariş edilmişdir. Belə ki, yerli kral sülalələrindən birinin nümayəndəsi təyyarənin xarici səthlərinə veb-kameraların, onun içərisində isə böyük bir monitorun quraşdırılmasını sifariş edib ki, uçuş zamanı buludların və göy qurşağının görüntüsündən zövq ala bilsin.

Ancaq, yenə də, fərdi şəxslər tərəfindən belə nəhəng təyyarələrin alınması hələ də nadir haldır. Varlı müştərilər arasında ən çox populyar olan modellər, 10-20 arasında sərnişinlik salonu olan və 40-60 milyon dollar dəyərindəki təyyarələrdir.

Image alt Image alt Image alt

Boeing Business Jet 3 (Boeing 737-900ER)

Qiyməti: 68 milyon dollar. Boeing Business Jet 3, 1996-cı ilin reaktiv kommersiya təyyarələrinin dəyişdirilməsi konsepsiyasını həyata keçirən klassik bir biznes cetdir. O, ən müasir və yüksək texnologiyalı təyyarələrdən biridir. Məhz bu modeldə, mülki aviasiyada ilk dəfə olaraq, Head-Up Display texnologiyası tətbiq olunmağa başlayıb, yəni elektron sistemin müxtəlif göstəriciləri birbaşa kokpitin ön şüşəsinə yerləşdirilməsi həyata keçirilib. Əvvəllər bu texnologiyadan yalnız hərbi aviasiyada istifadə edilirdi. Bu ailənin yenilənmiş xətti BBJ MAX 7, MAX 8 və MAX 9 modelləri ilə təmsil olunur.

Image alt Image alt

Airbus ACJ

Qiyməti: 65 milyon dollardan başlayır. Şirkətin qüruru Airbus Corporate Jet ailəsidir: ACJ318, ACJ320, ACJ330 və sairə. Bu modellərin təyyarələri çox vaxt böyük dövlət adamlarının hava donanmaları üçün alınır: məsələn, belə bir təyyarədə Braziliya prezidenti və Fransanın yüksək vəzifəli şəxsləri uçurlar. Bu ailənin yenilənmiş xətti NEO indeksli modellərlə təmsil olunur: ACJ319neo, ACJ320neo, ACJ330neo.

Image alt Image alt

Gulfstream G550

Qiyməti: 50 milyon dollar. Gulfstream G550 təyyarəsinin sahibləri arasında metallurgiya maqnatı, hindli milyarder Lakşmi Mittal və Topshop onlayn mağazalar şəbəkəsinin sahibi Filip Qrin vardır. Bu təyyarədən ABŞ Hərbi Hava Qüvvələri də istifadə edir. Sinifində ən uzun uçuş məsafəsinə malikdir: təqribən 11.000 kilometr.

Image alt Image alt

Bombardier BD-700 Global Express

Qiymət: 45 milyon dollar. Global Express korporativ təyyarəsi geniş və uzun bir kabinəyə malikdir, lakin onun əsas fərqi müstəsna sürətdir: 950 km/saat. Bundan əlavə, Bombardier Global Express yanacaq doldurma üçün yalnız bir dəfə yanacaq doldurmaq üçün dayanmaqla dünyanın istənilən iki nöqtəsi arasında uça bilər. Ayrıca, o, qitələrarası məsafələri də qət edə bilər, məsələn, Sidney - Los Anceles ya da Nyu York - Tokyo arasında fasiləsiz uçuşlar etmək olar.

Image alt Image alt Image alt Image alt

Embraer Lineage 1000E

Qiymət: 43 milyon dollar. Embraer Lineage 1000 ilk dəfə işgüzar avisasiyada 2007-ci ildə debüt edib. O, bu günə qədər dünyada buraxılan ən müasir və dəbdəbəli biznes cet sayılır. 2013-cü ildə buraxılmış yeni Lineage 1000E modeli əvvəlki 1000 versiyasını əvəzləyib.