Mini şirkəti öz tarixində ən güclü yeyin avtomobil olacaq John Cooper Works GP modelinin ilk təsvirlərini dərc edib. 300 at qüvvəli avtomobil üç min nüsxədən ibarət məhdud saylı tirajla buraxılacaqdır. Mini JCW GP modelinin istehsalına 2020-ci ildə başlanacaqdır.

“Bərkgedən” hetçbekin prototipi keçən ilin sentyabrında keçirilmiş Frankfurt avtosalonunda nümayiş etdirilib. Prototip britaniya markasının Monte-Karlo Rallisindəki qələbəsinin 50 illik yubileyi şərəfinə inşa edilmişdir. Avtomobil salondakı panellərdən məhrum edilmiş və təhlükəsizlik karkası ilə təchiz edilmişdir. Bundan başqa, konsept üçün xüsusi olaraq karbondan hazırlanmış aerodinamik kuzov dəsti hazırlanmışdır.

MINI John Cooper Works GP Concept

Hələlik avtomobilin texniki hissəsi barədə məlumat verilməyib. Hetçbekin “turbodördlüyə”, yarış treklərində sazlanmış asqıya və yüngülləşdirilmiş ağırlığa malik olacağı məlumdur. Əvvəlki GP indeksli hetçbek 2012-ci ildə işıq üzü görüb. 218 at qüvvəli 1,6-litrlik mühərrik və altı pilləli mexaniki transmissiya ilə təchiz edilmiş avtomobil iki min nüsxəlik tirajla buraxılıb.

Image alt Image alt Image alt