Mini şirkəti 1969-cu ildə buraxılmış 1275 GT modelinə həsr edilmiş üçqapılı hetçbekin xüsusi modifikasiyasını təqdim edib. 1499 GT adlandırılan hetçbekin buraxılış tirajı 1499 ədəd olacaqdır.

Xüsusi seriyadan olan avtomobillər qara və ağ rəngli kuzovu, həmçini 1499 GT sözləri həkk edilmiş stikerləri ilə seçiləcəkdirlər. Qara rəngli avtomobillərdə stikerlər sarı rəngdə, ağ rəngli avtomobillərdə isə qara rəngdə olacaqdır. Bundan başqa, xüsusi seriyaya mənsub olan avtomobillər John Cooper Works Sport Pack kataloqundan olan aksessuarları əldə edəcəkdirlər. 102 at qüvvəli 1,2-litrlik mühərrikə malik olan avtomobillər 17-düymlük təkər disklərinə, xüsusi bamperlərə, oturacaqlara və sükana malik olacaqdırlar.

Xüsusi seriyadan olan avtomobillər yalnız Böyük Britaniyada 16990 funt-sterlinqdən başlayan qiymətlərlə satılacaqdırlar. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt