Mini şirkəti, davam edən koronavirus epidemiyası səbəbiylə, Cooper SE elektrik hetçbeklərinin təchiz edildiyi ikirəngli təkər disklərinin adını dəyişdirib. Gərəksiz assosiasiyanın qarşısını almaq üçün, şirkət diskləri Corona Spoke əvəzinə Power Spoke adlandırıb.

İngiltərədə elektrik hetçbekninin baza versiyaları məhz belə disklər ilə təklif olunur. Yeri gəlmişkən, bütün dünyadan fəeqli olaraq, Britaniyada diskləri Electric Spoke adlandırmaq qərarına gəliblər.

Corona Spoke adının COVID-19 pandemiyasından əvvəl seçilməsinə baxmayaraq, britaniya markası uğursuz təsadüfü nəzərə alaraq, Power Spoke adının daha uyğun bir ad olacağına qərar verib. Bundan əlavə, disklər Britaniya rozetkalarına bənzədiyi üçün, onların adındakı Power sözü daha uyğun görünür.