Gələn ilin yanvar ayından başlayaraq, Amerika Birləşmiş Ştatlarında Mini Cooper S hetçbeki, Clubman universalı və Countryman krossoveri üçün nəzərdə tutulan John Cooper Work Tuning Kit dəstinin satışlarına start veriləcəkdir.

Yeni dəst avtomobiilərin təchiz ediliyi 192 at qüvəsinə və 280 Nm fırlanma anına malik olan mühərrikin gücünü 211 at qüvvəsinə, fırlanma anını isə 300 Nm qədər artırmağa imkan verəcəkdir. Bundan başqa, John Cooper Work Tuning Kit dəstinin tərkibinə paslanmayan poladdan hazırlanmış səsboğucu sistem də daxildir. Bluetooth protokolundan istifadə etməklə, Sport və Sport+ rejimlərini aktivləşdirərək, mühərrikin səsini də dəyişmək olar. Eyni zamanda, Mini şirkəti SEMA tüninq sərgisində Mini Ice Blue special edition Cooper S Hardtop nəşrini də nümayiş etdirib.

Bu kuzovun mavi rənginin dörd illik fasilədən sonra qayıtması deməkdir.

Məhdud sayda istehsal ediləcək avtomobilləri 29450 dollardan başlayan qiymətlərlə sifariş etmək mümkündür. Xüsusi seriyadan olan avtomobiilər narinci rənginə boyanmış yan güzgülərə, yan tərəfdəki narıncı zolaqlara, qara rəngli təkər disklərinə və buraxılış sisteminin borularının karbondan hazırlanmış başlıqlarına sahib olacaqdırlar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt